Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti. İş dəftəri  |  iyun 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 34—37

Yehovaya güvən, yaxşılıq et

Yehovaya güvən, yaxşılıq et

«Haqsızlıq edənlərin paxıllığını çəkmə»

37:1, 2

  • Yol verməyin ki, şər insanların dırnaqarası uğuru sizi Yehovaya ibadətdən yayındırsın. Diqqətinizi ruhani nemətlərə və məqsədlərə cəmləyin

«Yehovaya güvən, yaxşılıq et»

37:3

  • Nə narahatçılığınız varsa, Yehovanın üzərinə qoyun; əmin olun, O, sizə dayaq olacaq, sədaqətinizi qorumağa kömək edəcək

  • Daima Padşahlıq haqda müjdənin təbliği ilə məşğul olun

«Qoy səadətin Yehova olsun»

37:4

  • Hər gün Allahın Kəlamını oxumaq və üzərində düşünmək sizə Yehovanı daha yaxından tanımağa kömək edəcək

«Yolunu Yehovaya tapşır»

37:5, 6

  • Əmin olun ki, Yehova sizə istənilən problemin öhdəsindən gəlməyə kömək edəcək

  • Təqiblər, sınaqlar vaxtı və ya sizə böhtan atılanda nümunəvi davranın

«Yehovanın hüzurunda sükut et, Onu səbirlə gözlə»

37:7—9

  • Düşünülməmiş hərəkətlər insanı sevincdən məhrum edə və ruhani təhlükə yarada bilər. Gəlin belə hərəkətlərdən qaçaq

«Həlimlər yer üzünə sahib olacaqlar»

37:10, 11

  • Həlim və təvazökar olub qarşılaşdığınız ədalətsizliyi Yehovanın aradan qaldıracağı vaxtı gözləyin

  • Həmimanlılarınızı və təsəlliyə ehtiyacı olanları tezliklə yeni dünyada alacaqları xeyir-dualar barədə danışaraq ruhlandırın

Padşahlıq bəşəriyyətə misilsiz nemətlər bəxş edəcək