Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ İYUN 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 45—51

Yehova qəlbisınıqları tərk etməz

Yehova qəlbisınıqları tərk etməz

Davud 51-ci məzmuru Natan peyğəmbər onun Badsəba ilə işlədiyi günahı ifşa edəndən sonra yazmışdı. Davudun vicdanı onu narahat edirdi və o, ürəkdən peşman olub günahını boynuna aldı (2İş 12:1—14).

Davud günah işlətsə də, ruhani cəhətdən ayağa qalxdı

51:3, 4, 8—12, 17

  • Günahını boynuna alıb tövbə etməmişdən əvvəl vicdanı Davudu narahat edirdi

  • Allahı kədərləndirdiyi üçün o, çox əzab çəkirdi; özünü sümükləri əzilib qırılmış insan kimi hiss edirdi

  • Allahdan mərhəmət umurdu, ruhani cəhətdən dirçəlməyi arzulayırdı və əvvəllər keçirdiyi sevinc hissini yenidən duymaq istəyirdi

  • Yehovaya yalvarırdı ki, içində Ona itaət etmək həvəsi oyatsın

  • Yehovanın onu bağışlayacağına əmin idi