Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ FEVRAL 2016

 MƏSİHİ HƏYATI

Sahəndə olan hər kəsi anma mərasiminə dəvət et!

Sahəndə olan hər kəsi anma mərasiminə dəvət et!
GÖRÜNÜŞÜ
Şəkil
Mətn

Fevralın 27-də kampaniya başlayacaq. Bu kampaniya vaxtı ərazimizdə yaşayan insanları Məsihin ölümünün anma mərasimini bizimlə bir yerdə qeyd etməyə dəvət edəcəyik. Həmçinin cüzi də olsa maraq göstərən hər kəsin marağını artırmağa çalışmalıyıq.

ADDIMLAR

TƏQDİMƏ ET

«Biz çox mühüm bir tədbirlə əlaqədar dəvətnamə paylayırıq. Martın 23-də milyonlarla insan İsa Məsihin ölümünü anmaq üçün toplaşacaq. Orada Məsihin ölümünün bizə hansı fayda gətirdiyi barədə məruzə söyləniləcək. Bu dəvətnamədə bizim ərazidə həmin tədbirin keçirildiyi vaxt və yer göstərilir. Sizi də bu görüşə dəvət edirik».

Əgər adam maraq göstərsə,..

  • «GÖZƏTÇİ QÜLLƏSİ» TƏKLİF ET

    Təkrar söhbət üçün zəmin yarat.

  • ANMA MƏRASİMİ ÜÇÜN OLAN VİDEONU GÖSTƏR

    Təkrar söhbət üçün zəmin yarat.

Növbəti dəfə gələndə...

  • «MÜQƏDDƏS KİTABI NƏYƏ GÖRƏ ÖYRƏNMƏK LAZIMDIR?» ADLI VİDEONU GÖSTƏR

    Sonra kitabı və ya broşürü təqdim et.

  • «İSA PEYĞƏMBƏR. YOL, HƏQİQƏT, HƏYAT» KİTABINI TƏKLİF ET

    117-ci fəslin 5—8 abzaslarından istifadə edərək anma mərasimi ilə bağlı əlavə məlumat ver.

  • «İLAHİ MÜJDƏ» BROŞÜRÜNÜ TƏKLİF ET

    8 və 9-cu səhifədən istifadə edərək Məsihin ölümünün hansı məna daşıdığını müzakirə et, sonra broşürü təklif et.