Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ DEKABR 2016

Nümunə üçün təqdimələr

Nümunə üçün təqdimələr

«OYANIN!»

Sual: Hamı istəyir ki, canı sağlam olsun. Sizcə, xəstəliklərdən özümüzü necə qoruya bilərik?

Ayə: Ms 22:3

Nəşr: «Oyanın!» jurnalının bu sayında uzaqgörən olmağın və xəstəliyə yoluxmaq riskini azaltmağın yolları göstərilir.

MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ TƏBLİĞ ET

Sual: Sizcə, niyə dünyada bu qədər əzab-əziyyət var?

Ayə: Əy 34:10

Həqiqət: Pisliklər əsla Allahdan ola bilməz. Əzablarımızın səbəbkarı İblisdir, həmçinin biz insanların verdiyi səhv qərarlara görə əzab çəkirik, bundan əlavə, insan yanlış zamanda yanlış yerdə olduğu üçün başına bədbəxt hadisə gəlir. Amma əzablı günlərimizdə Allah bizə həmişə dayaq olur. O, bizi sevir.

«MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK NƏYƏ GÖRƏ VACİBDİR?» (Video)

Sual: Sizcə, dünyanı kim idarə edir? [Cavabı dinlə.] Allahın Kəlamının bu suala verdiyi cavab sizi təəccübləndirəcək. Bu qısa videoda hər şey izah olunur. [Videonu göstər.]

Nəşr: Bu kitabın 11-ci fəslində Allahın əzablara nə üçün yol verdiyi və buna necə əncam çəkəcəyi barədə yazılıb. [«Təlimlər» kitabını ver.]

ÖZ TƏQDİMƏNİ HAZIRLA

Bu təqdimələri nümunə götürərək öz təqdimənizi hazırlayın.