Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  dekabr 2016

 MƏSİHİ HƏYATI

İlahi təlim nifrətə qalib gəlir

İlahi təlim nifrətə qalib gəlir

Yehova Allah insanlar arasında fərq qoymur (Hv 10:34, 35). O, «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə» mənsub adamları qəbul edir (Vh 7:9). Buna görə də yığıncaqda kimisə kimdənsə üstün tutmaq, kiməsə qərəzli yanaşmaq yolverilməzdir (Yq 2:1—4). İlahi təlimin sayəsində aramızda mehribançılıq var, bir-birimizin necə dəyişdiyinin şahidi oluruq (Əş 11:6—9). Ürəyimizdən nifrəti, qərəzi kökündən çıxarıb atmaq üçün etdiyimiz cəhdlər göstərir ki, biz Yehova Allaha bənzəməyə çalışırıq (Ef 5:1, 2).

«CONİ VƏ GİDEON. BİR ZAMAN DÜŞMƏN İDİLƏR, İNDİ İSƏ QARDAŞ» ADLI VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARI CAVABLANDIR:

  • Nəyə görə deyə bilərik ki, ilahi təlim insanların ayrı-seçkiliyi, nifrət və qərəzi aradan qaldırmaq üçün etdiyi cəhdlərdən üstündür?

  • Bizim beynəlxalq qardaşlığımızda səni ən çox valeh edən nədir?

  • Aramızda birliyi qorumaq Yehova Allahı necə ucaldır?