Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ DEKABR 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 11—16

Dünya Yehova barədə biliklə dolacaq

Dünya Yehova barədə biliklə dolacaq

Bu peyğəmbərlik israillilərin dövründə necə yerinə yetdi?

  • İsraillilər nə Babil əsarətindən öz yurdlarına qayıdanda, nə də ki bərpa edilmiş torpaqlarında yaşayanda vəhşi heyvanlardan və ya qəddar insanlardan qorxmalı deyildilər (Üz 8:21, 22).

Bu peyğəmbərlik bizim günlərdə necə yerinə yetir?

  • Yehova barədə bilik insanları dəyişir. Qəddar insanlar sülhpərvər olublar. Bu bilik sayəsində Allahın xalqı arasında mehribançılıq var.

Bu peyğəmbərlik gələcəkdə necə yerinə yetəcək?

  • Gələcəkdə bütün dünya Allahın əzəli niyyətinə uyğun olaraq təhlükəsizliyin, sülhün hökm sürdüyü Cənnətə çevriləcək. Nə insanlardan, nə də heyvanlardan qorxmağa ehtiyac olmayacaq.

Yehova barədə bilik Bulusu dəyişdi

  • Həvari Bulus fərisi olduğu vaxtlarda zalım adam idi (1Tm 1:13).

  • Yehova barədə bilik onu tamamilə dəyişdi (Kl 3:8—10).