Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Məsihi həyatı və ibadəti iş dəftəri  |  dekabr 2016

 MƏSİHİ HƏYATI

«Mən gedərəm! Məni göndər!»

«Mən gedərəm! Məni göndər!»

Əşiya peyğəmbərin hazırlıq ruhu bizim üçün gözəl örnəkdir. O, bütün təfərrüatları bilməsə də, iman təzahür etdirdi və çağırışa dərhal hay verdi (Əş 6:8). Təbliğçilərə tələbat olan ərazilərdə xidmət etmək üçün həyatınızda nəyisə dəyişə bilərsiniz? (Zb 110:3). Əlbəttə, belə bir addım atmaq üçün məsrəfləri hesablamaq lazımdır (Lk 14:27, 28). Ancaq təbliğ işi naminə qurbanlar verməyə hazır olun (Mt 8:20; Mr 10:28—30). «Təbliğçilərə tələbat olan əraziyə köçürük» adlı videoda da qeyd olunduğu kimi, Yehovaya etdiyimiz xidmətdə aldığımız nemətlər verdiyimiz qurbanlardan qat-qat çoxdur.

VİDEOYA BAXANDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:

  • Uilyamlar ailəsinin hər bir üzvü Ekvadorda xidmət etmək üçün hansı qurbanları vermişdi?

  • Xidmət edəcəkləri ərazini seçərkən onlar hansı amilləri nəzərə aldılar?

  • Onlar hansı nemətlər əldə etdilər?

  • Təbliğçilərə tələbat olan ərazidə xidmət etmək üçün daha çox məlumatı haradan tapa bilərsiniz?

NÖVBƏTİ AİLƏVİ İBADƏTİNİZDƏ AŞAĞIDAKI SUALLARI MÜZAKİRƏ EDİN:

  • Bir ailə kimi biz xidmətimizi necə genişləndirə bilərik? (km 8/11 s. 4—6)

  • Təbliğçilərə tələbat olan ərazidə xidmət edə bilmiriksə, hansı üsullarla öz yığıncağımıza kömək edə bilərik? (w16.03 s. 23—25)