Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ AVQUST 2016

 MƏSİHİ HƏYATI

Müqəddəs Kitab vasitəsilə təbliğ et

Müqəddəs Kitab vasitəsilə təbliğ et

Sentyabr ayından başlayaraq «Məsihi həyatı və ibadəti. İş dəftəri»nə «Müqəddəs Kitab vasitəsilə təbliğ et» adlı nümunə üçün təqdimə daxil ediləcək. Məqsədimiz bir sual və ona cavab verən bir ayənin köməyi ilə Müqəddəs Kitabın əsas təlimlərini göstərmək olacaq.

Maraqlanan şəxslərə ədəbiyyat saxlamaqla, yaxud saytımızdan video göstərməklə növbəti dəfə görüşmək üçün zəmin yarada bilərik. Müzakirə etdiyiniz mövzunu davam etdirmək üçün maraqlanan insanın yanına bir neçə günün içində yenidən getməliyik. Bu yeni təqdimələr və şagirdlərin tapşırıqları «Müqəddəs Kitab təlimləri» kitabındakı hər fəsildə olan «Əsas fikirlər» çərçivəsinə əsaslanacaq. Bu çərçivədə əlavə suallar və ayələr var. Onların köməyi ilə biz təkcə Müqəddəs Kitabdan istifadə etməklə təkrar söhbət edə və ya dərs keçə bilərik.

Həyata aparan yalnız bir yol var (Mt 7:13, 14). Müxtəlif dindən və mənşədən olan insanlarla söhbət etdiyimiz üçün hər kəsə uyğun mövzu seçmək lazımdır (1Tm 2:4). Müqəddəs Kitabdakı müxtəlif mövzular barədə məlumat əldə etdikcə və «həqiqət kəlamından düzgün istifadə» etmək bacarığımız yaxşılaşdıqca sevincimiz birə-beş artacaq və başqalarına həqiqəti öyrətməkdə uğur qazanacağıq (2Tm 2:15).