Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ APREL 2016

 MƏSİHİ HƏYATI

Söhbətə başlamaq üçün yeni rubrika

Söhbətə başlamaq üçün yeni rubrika

2016-cı ilin yanvar ayından etibarən «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrində axırıncı səhifədə «Müqəddəs Kitabın cavabı» rubrikası yer alır. Bu yeni rubrikanın məqsədi Müqəddəs Kitab mövzuları əsasında söhbətə başlamağa kömək etməkdir. Tərtibatı bukletinki kimidir. Əvvəlcə, insanın fikrini öyrənmək üçün sual verilir, sonra Müqəddəs Kitabdan cavab gətirilir, daha sonra isə müzakirə üçün əlavə məqamlara da toxunulur.

Müqəddəs Kitab mövzuları ətrafında aparılan xoş söhbətlər çox vaxt Müqəddəs Kitab dərsinə gətirib çıxarır. Bu rubrikadan istifadə edərək ruhani cəhətdən ac olan insanlara kömək edin (Mt 5:6).

RUBRİKADAN NECƏ İSTİFADƏ ETMƏLİ?

  1. Suallardan biri ilə bağlı insanın fikrini öyrənin

  2. Cavabına diqqətlə qulaq asın

  3. «Müqəddəs Kitabda deyilir» başlığı altında gətirilən ayəni oxuyun və bu ayəyə dair onun fikrini öyrənin. Vaxtı varsa, «Müqəddəs Kitabda daha nə deyilir?» başlığı altındakı fikirlərdən istifadə edərək söhbəti davam etdirmək olar

  4. Jurnalı verin

  5. Gələn dəfə ikinci sualı müzakirə etmək üçün vaxt təyin edin