Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ. İŞ DƏFTƏRİ APREL 2016

 ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 33—37

Əsil dostun məsləhəti insanı ruhlandırar

Əsil dostun məsləhəti insanı ruhlandırar
GÖRÜNÜŞÜ
Şəkil
Mətn

Sonradan söhbətə qoşulan Əlihu Əlifəz, Bildad və Söfər kimi davranmadı. Onun həm Əyyuba verdiyi məsləhət, həm də Əyyubla rəftarı fərqli idi. O, əsil dost kimi davrandı, yaxşı məsləhət verdi. Bununla da gözəl nümunə qoydu.

MƏSLƏHƏT VERƏN ADAM NECƏ OLMALIDIR?

ƏLİHU GÖZƏL NÜMUNƏDİR

32:4—7, 11, 12; 33:1

 

  • SƏBİRLİ

  • DİQQƏTLİ

  • HÖRMƏTCİL

 
  • Əlihu yaşlılar sözlərini qurtarana kimi səbirlə gözlədi, sonra sözə başladı

  • Diqqətlə qulaq asdığı üçün o, məsələni dərindən başa düşdü, sonra məsləhət verdi

  • Əyyuba adı ilə xitab etdi, onunla dostyana danışdı

 

33:6, 7, 32

 

  • TƏVAZÖKAR

  • MEHRİBAN

  • CANIYANAN

 
  • Əlihu təvazökar, xeyirxah insan idi, özünün də qeyri-kamil olduğunu etiraf edirdi

  • Onun əzab çəkən Əyyuba canı yanırdı

 

33:24, 25; 35:2, 5

 

  • TARAZLI

  • XEYİRXAH

  • ALLAHDAN QORXAN

 
  • Əlihu mülayimcəsinə Əyyuba yanlış düşündüyünü göstərdi

  • Əyyuba başa saldı ki, onun salehliyi dünyada ən vacib məsələ deyil

  • Əlihunun ağıllı məsləhəti sayəsində Əyyub Yehovanın sonradan verdiyi məsləhəti qəbul etməyə hazır oldu