Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 139

Onlara mətin olmağı öyrət

Onlara mətin olmağı öyrət

Yüklə:

(Mətta 28:19, 20)

  1. Öyrədək Rəbbi sevənləri,

    Olsunlar fərəhimiz.

    Həqiqət canlarına hopur,

    Yar olur Allahımız.

    (NƏQARƏT)

    Eşit, ya Rəbb, ricamızı,

    Ol onların Sən qayası.

    Ver ruhunu, çiçək açsın, bəhrə versin,

    Qoy hər biri olsun mətin.

  2. Sınanır imanları hər gün,

    Onlara kömək ol Sən.

    Öyrədək, qayğıların çəkək,

    Alsınlar nemət Səndən.

    (NƏQARƏT)

    Eşit, ya Rəbb, ricamızı,

    Ol onların Sən qayası.

    Ver ruhunu, çiçək açsın, bəhrə versin,

    Qoy hər biri olsun mətin.

  3. Qoy onlar bel bağlasın Rəbbə,

    Məsihə inansınlar.

    Dözümlü, itaətkar olub,

    Qoy zəfər çalsın onlar.

    (NƏQARƏT)

    Eşit, ya Rəbb, ricamızı,

    Ol onların Sən qayası.

    Ver ruhunu, çiçək açsın, bəhrə versin,

    Qoy hər biri olsun mətin.

(Həmçinin baxın: Luka 6:48; Həv. 5:42; Filip. 4:1.)