Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 152

Yehova gücümüz, ümidimiz, tək güvənc yerimiz

Yehova gücümüz, ümidimiz, tək güvənc yerimiz

Yüklə:

(Məsəllər 14:26)

  1. Ey lütfkar Yehova, Sən bizə

    Gerçək ümid verdin.

    O, naçar qəlbə çarədir,

    Gərək dünya bilsin.

    Qayğılar artır günü-gündən,

    Təlaşa səbəb olur.

    Parlayan ümid də sanki,

    Yavaş-yavaş sönür.

    (NƏQARƏT)

    Sən gücüm, ümidim,

    Tək güvənc yerim.

    Qoymazsan möhtac dar gündə.

    Xidmətdə olanda

    Arxayınam mən,

    Qorxmaram Sənin sayəndə.

  2. Ey Yehova, Sən oldun hayan

    Bizə çətin anda.

    Ovutdun bizi sevginlə,

    Dinclik tapdıq Səndə.

    Bir zaman sönən həmin ümid

    Yenidən şölə saçır.

    Qulların böyük səbatla

    Adın bəyan edir.

    (NƏQARƏT)

    Sən gücüm, ümidim,

    Tək güvənc yerim.

    Qoymazsan möhtac dar gündə.

    Xidmətdə olanda

    Arxayınam mən,

    Qorxmaram Sənin sayəndə.