Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 149

Fidyəyə görə minnətdarıq

Fidyəyə görə minnətdarıq

Yüklə:

(Luka 22:20)

  1. Yehova, lütf etdin, gəldik hüzuruna,

    Bənzəməz, İlahi, heç nə Sənin sevginə.

    Uğrumuzda fidyə verdin Öz Oğlunu,

    Heç vaxt əvəz etməz saysız qurbanlar onu.

    (NƏQARƏT)

    Məsih canın fəda etdi,

    Qanı bizə həyat verdi.

    Edərik şükr

    Sənə sidq-ürəkdən biz əbədi.

  2. O, könüllü qurban verdi həyatını,

    Göstərdi bizə kamil, tükənməz sevgini.

    Günah, ölüm əsir etmişdi bizləri,

    Fəqət fidyə sonsuz həyat ümidi verdi.

    (NƏQARƏT)

    Məsih canın fəda etdi,

    Qanı bizə həyat verdi.

    Edərik şükr

    Sənə sidq-ürəkdən biz əbədi.

(Həmçinin baxın: İbr. 9:13, 14; 1 But. 1:18, 19.)