Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 148

Əziz Oğlunu qurban verdin

Əziz Oğlunu qurban verdin

Yüklə:

(Yəhya 15:13)

  1. Yehova, Xudaya,

    Heç yox idi çarə.

    Fidyəysə veribdir

    Hər kəsə ümid!

    Sənin sonsuz sevgin

    Xilas üçün zamin.

    Yehova, qoymadın

    Bizi Sən naümid.

    (NƏQARƏT)

    Əziz Övladını

    Bizə qurban verdin,

    Sənə mədhlər söylərik,

    Bizdən ötrü fəda etdin.

  2. Yehova, rəhmlisən,

    Böyükdür kərəmin.

    Sevirik, İlahi,

    Adını Sənin.

    Verdin Sən hədiyyə —

    Bizdən ötrü fidyə.

    Biz yaşayaq deyə

    Məsih verdi canın.

    (NƏQARƏT)

    Əziz Övladını

    Bizə qurban verdin,

    Sənə mədhlər söylərik,

    Bizdən ötrü fəda etdin..

    (SONLUQ)

    Yehova, Xudaya, şükran dolu qəlblər

    Fidyəyçün eylər həmd durmadan, gecə-gündüz.

(Həmçinin baxın: Yəh. 3:16; 1 Yəh. 4:9.)