Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 142

Hər cür insana müjdə çatdıraq

Hər cür insana müjdə çatdıraq

Yüklə:

(1 Timutiyə 2:4)

  1. İstərik Allaha biz bənzəyək,

    Onuntək pak və qərəzsiz olaq.

    Hər cür insan xilas olsun deyə

    Biz vəz edək, nura dəvət edək.

    (NƏQARƏT)

    Heç kəsə fərq qoymadan,

    Qərəzli yanaşmadan,

    Təbliğ edək xilas müjdəsini.

    Bil, haqqı var hər qulun,

    Qoy Allahla dost olsun.

    İstər Rəbb hər kəsin xilasını.

  2. Təbliğ edən zaman unutma ki,

    İlk təəssürat, məkan vacib deyil.

    Əsas ürək təmiz olsun gərək,

    Allah-Taala eylər qəlbi təhlil.

    (NƏQARƏT)

    Heç kəsə fərq qoymadan,

    Qərəzli yanaşmadan,

    Təbliğ edək xilas müjdəsini.

    Bil, haqqı var hər qulun,

    Qoy Allahla dost olsun.

    İstər Rəbb hər kəsin xilasını.

  3. Qəbul edir Yehova ürəkdən

    Şər dünyadan ayrı duran kəsi.

    Hər cür insan bilsin həqiqəti,

    Gerçək olsun Rəbbin iradəsi.

    (NƏQARƏT)

    Heç kəsə fərq qoymadan,

    Qərəzli yanaşmadan,

    Təbliğ edək xilas müjdəsini.

    Bil, haqqı var hər qulun,

    Qoy Allahla dost olsun.

    İstər Rəbb hər kəsin xilasını.