Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı nəğmələrdə tərənnüm edin (yeni nəğmələr)

 Nəğmə 136

Qoy Padşahlığın tez gəlsin!

Qoy Padşahlığın tez gəlsin!

Yüklə:

(Vəhy 11:15)

  1. Yehova, Ulu Yaradan,

    Tək Sənsən Şahənşah.

    Verdin Oğluna səltənət,

    Seçdin onu padşah.

    Ya Rəbb, qurdun Padşahlığı,

    Sənsən xalqın pənahgahı.

    (NƏQARƏT)

    Qüdrət, şahlıq, xilas

    İndi Məsihin əlində.

    Padşah çıxıb taxta,

    Yalvar: «Tez gəlsin, tez gəlsin!»

  2. Vaxtı azalıb İblisin,

    Tökür yerə hirsin.

    Göstər, ey Xuda, lütfünü,

    Qüssə, kədər bitsin.

    Ya Rəbb, qurdun Padşahlığı,

    Sənsən xalqın pənahgahı.

    (NƏQARƏT)

    Qüdrət, şahlıq, xilas

    İndi Məsihin əlində.

    Padşah çıxıb taxta,

    Yalvar: «Tez gəlsin, tez gəlsin!»

  3. Göydə sevinir mələklər,

    Oxur həmdi-şükran.

    Şeytan atıldı göylərdən,

    Təmizdir asiman.

    Ya Rəbb, qurdun Padşahlığı,

    Sənsən xalqın pənahgahı.

    (NƏQARƏT)

    Qüdrət, şahlıq, xilas

    İndi Məsihin əlində.

    Padşah çıxıb taxta,

    Yalvar: «Tez gəlsin, tez gəlsin!»

(Həmçinin baxın: Dən. 2:34, 35; 2 Kor. 4:18.)