Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

 MÖVZU 10

Allahın vəd etdiyi gözəl gələcək

«Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar».

Zəbur 37:29

«Bir nəsil gedir, o biri nəsil gəlir, amma Yer əbədi durur».

Vaiz 1:4

«Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək».

Əşiya 25:8

«O vaxt korların gözləri açılacaq, karların qulaqları eşidəcək. O vaxt axsaqlar maral kimi sıçrayacaq, lalların dili sevincdən cəh-cəh vuracaq. Səhrada bulaqlar qaynayacaq, düzlərdə çaylar axacaq».

Əşiya 35:5, 6

«O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi».

Vəhy 21:4

 «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq, seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq».

Əşiya 65:21, 22