Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

 MÖVZU 2

Allahı tanımağın yolları

«Tövratda yazılanlar dilindən düşməsin. Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən. Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən».

Yuşə 1:8

«Onlar Tövratı, Allahın kitabını ucadan oxuyur, oxuduqlarını aydın izah edir, mənasını açıqlayırdılar. Beləcə, onlar xalqa oxuduqlarını başa saldılar».

Nəhəmya 8:8

«Xoşbəxtdir o kəs ki, pislərin sözü ilə oturub-durmur... O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır. O,.. hər işində uğur qazanar».

Zəbur 1:1—3

«Filip arabayla yanaşı qaçanda eşitdi ki, məmur ucadan Əşiya peyğəmbərin kitabını oxuyur və ondan soruşdu: “Oxuduğunu başa düşürsən?” O cavab verdi: “İzah edən olmasa, necə başa düşə bilərəm?”»

Həvarilərin işləri 8:30, 31

 «Onun gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir. Buna görə də onlar üzrsüzdürlər».

Romalılara 1:20

«Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün».

1 Timutiyə 4:15

«Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək... yığıncaqlarımızdan qalmayaq».

İbranilərə 10:24, 25

«Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək».

Yaqub 1:5