Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

 MÖVZU 12

Ölülərin aqibəti

«Buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək,.. diriləcəklər».

Yəhya 5:28, 29

«Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm».

Həvarilərin işləri 24:15

«Mən həmçinin taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı. Başqa bir tumar da açıldı, bu tumar həyat kitabıdır. Ölülər tumarlarda yazılmış əməllərinə müvafiq mühakimə edildi. Dəniz onda olan ölüləri qaytardı, ölüm və Məzar da onlarda olan ölüləri qaytardılar və hər biri öz əməllərinə görə mühakimə edildi».

Vəhy 20:12, 13