Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ön söz

Müqəddəs Kitab Ulu Tanrının bəşər ailəsinə göndərdiyi namədir. Onun Müəllifini tanımaq istəyən hər kəs bu kitabı oxumalıdır (Yəhya 17:3; 2 Timutiyə 3:16). Yaradan bu kitabın səhifələrində bəşər və bəşərin doğma yurdu — Yer kürəsi üçün olan məqsədini bizlərə əyan edir (Yaradılış 3:15; Vəhy 21:3, 4).

Müqəddəs Kitab Tövrat, Zəbur, İncildən, eləcə də Süleyman, Üzeyir, Yunus və digər müqəddəs adamların qələmə aldığı yazılardan ibarət ilahi vəhylər külliyyatıdır.

Tarixdə heç bir əsər Müqəddəs Kitab qədər insan həyatına təsir göstərə bilməmişdir. Bu kitab bizdə Yehova Allahın məhəbbətini, mərhəmət və şəfqətini əks etdirmək istəyi oyadır. O, insana ümid bəxş edərək həyatın ən ağır sınaqlarına belə, dözməyə güc verir. Bununla yanaşı, Allahın mükəmməl iradəsinə zidd olan dünya ünsürlərini ifşa edir (Zəbur 119:105; İbranilərə 4:12; 1 Yəhya 2:15—17).

Müqəddəs Kitabın orijinal mətni ibrani, arami və yunan dillərində qələmə alınmışdır. Hal hazırda bu kitab bütöv şəkildə və ya qismən təxminən 2600 dilə tərcümə edilmişdir. Başqa dillərə tərcümə və yayılma miqyası baxımından Müqəddəs Kitabın tarix boyu tayı-bərabəri olmamışdır. Bu, heç də təəccüblü deyil. Bir peyğəmbərlikdə Müqəddəs Kitabın baş mövzusu haqqında yazılıb: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).

Müqəddəs Kitabdakı xəbərin zəruriliyini anlayaraq biz bu ilahi kəlamın dəqiq, eyni zamanda aydın və təbii tərcüməsini ərsəyə gətirməyə çalışmışıq. Arxa hissədə yerləşən əlavələrdə, «Müqəddəs Kitabın tərcümə prinsipləri», «Bu nəşrin xüsusiyyətləri», «Müqəddəs Kitabın səhihliyi barədə» başlıqları altında rəhbər tutduğumuz tərcümə prinsipləri və bu nəşrin səciyyələri barədə danışılır.

Allahı sevən, ona ibadət edən insanlar Onun Kəlamının dəqiq və aydın tərcüməsini görmək istəyirlər (1 Timutiyə 2:4). Bizim də məqsədimiz Müqəddəs Kitabı get-gedə daha çox dilə tərcümə etməkdir. İndi bu nəşri Azərbaycan dilində sizin ixtiyarınıza veririk. Ümidvarıq ki, təqdim etdiyimiz bu nəşr Allahı axtaran sizlərə böyük fayda gətirəcək (Həvarilərin işləri 17:27). Allah sizə yar olsun!

Yeni Dünya Tərcüməsi Komitəsi