Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yunus 4:1—11

MÜNDƏRİCAT

  • Yunus hirslənir, özünə ölüm arzulayır (1—3)

  • Yehovanın öyrətdiyi mərhəmət dərsi (4—11)

    • «Hirslənməyin düzgündür?» (4)

    • Bitki və mərhəmət dərsi (6—10)

4  Bu iş Yunusun heç xoşuna gəlmədi və o, bərk hirsləndi.  O, Yehovaya dua edib dedi: «Ah Yehova! Məgər mən ölkəmdə olanda bunu demirdim? Elə buna görə də Tarşişə+ qaçmaq istəyirdim. Axı bilirdim ki, Sən mərhəmətli, rəhmli, səbirli, məhəbbəti bol Allahsan,+ fikrindən daşınıb bəla gətirməzsən.  İndi isə, ey Yehova, yalvarıram, canımı al. Niyə yaşayıram, ölsəm, bundan yaxşıdır?»+  Yehova dedi: «Hirslənməyin düzgündür?»  Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində əyləşdi. O, özünə bir çardaq düzəltdi və kölgəsində oturub şəhərin aqibətini gözləməyə başladı.+  Onda Yehova Allah Yunusun başına kölgə salmaq üçün bir balqabaq* bitirdi ki, onu dilxorluqdan qurtarsın. Bu bitkiyə görə Yunusun ürəyi çox şad oldu.  Lakin Allah ertəsi gün sübh tezdən bir qurd yetirdi. O, bitkini yedi və bitki qurudu.  Günəş doğanda Allah qızmar şərq küləyi göndərdi. Gün Yunusun təpəsinə vururdu. O, az qalırdı huşunu itirsin. Yunus özünə ölüm diləyib deyirdi: «Niyə yaşayıram, ölsəm, bundan yaxşıdır?»+  Allah Yunusa dedi: «Məgər balqabaqdan ötrü bu cür hirslənməyin düzgündür?»+ O dedi: «Bəli, düzgündür. Hirsimdən ölmək istəyirəm». 10  Yehova ona dedi: «Zəhmətini çəkmədiyin, yetişdirmədiyin, bir gecədə bitib, bir gecədə də tələf olan balqabağa sənin heyifin gəlir. 11  Bəs Mən bu böyük şəhərə, Neynəvaya necə qıyım?+ Axı orada yaxşını pisdən* ayıra bilməyən yüz iyirmi mindən çox insan var, çoxlu mal-qara var».+

Haşiyələr

Digər variant: gənəgərçək.
Hərfən: sağ əlini sol əlindən.