Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yunus 3:1—10

MÜNDƏRİCAT

  • Yunus Neynəvaya yollanır (1—4)

  • Neynəva əhli tövbə edir (5—9)

  • Allah Neynəvanı dağıtmır (10)

3  Yehovanın sözü ikinci dəfə Yunusa nazil oldu+:  «Dur, Neynəvaya+, o böyük şəhərə get. Sənə deyəcəyim sözləri car çəkib onlara söylə».  Yunus Yehovaya itaət etdi+ və durub Neynəvaya+ getdi. Neynəva şəhəri Allahın gözündə böyük bir şəhər idi, onu üç günə dolaşmaq olardı.  Yunus şəhərə girdi. O: «Cəmi-cümlətanı qırx gündən sonra Neynəva dağılacaq!» — deyə car çəkə-çəkə bir günlük yol getdi.  Neynəva əhli Allaha iman gətirdi.+ Onlar oruc elan etdilər və böyükdən kiçiyə qədər hamı çul geyindi.  Bu söz Neynəva padşahına çatanda o, taxtından durub padşah libasını əynindən çıxartdı və çula bürünüb külün içində oturdu.  Həmçinin o buyurdu ki, Neynəvada car çəkilsin: «Padşahın və əyanlarının fərmanı: “Nə bir insan, nə bir heyvan, nə mal-qara, nə də qoyun-keçi ağzına heç nə almasın. Onlar heç nə yeməsin, su da içməsin.  İnsan da, heyvan da çula bürünsün. Qoy hər kəs Allaha yalvar-yaxar etsin, pis yolundan dönsün, zorakılıqdan əl çəksin.  Kim bilir, bəlkə, Allah fikrindən döndü, qəzəbini geri qaytardı ki, biz məhv olmayaq?!”» 10  Allah onların bu hərəkətini, pis yoldan əl çəkdiyini görəndə+ fikrindən daşındı və dediyi bəlanı onların başına gətirmədi.+

Haşiyələr