Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yunus 2:1—10

MÜNDƏRİCAT

  • Balığın qarnında dua (1—9)

  • Balıq Yunusu qaytarır (10)

2  Yunus balığın qarnında Allahı Yehovaya dua edib+  dedi: «Darda olanda Yehovanı çağırdım, O, mənə hay verdi.+ Məzarın* bağrından imdad dilədim,+ Sən səsimi eşitdin.   Sən məni dəryanın dibinə, dənizin köksünə atdın. Axın məni uddu,+ Azğın dalğaların üstümdən keçdi.+   Dedim: “Məni gözünün qabağından qovdun, Bir də müqəddəs məbədini görəcəyəmmi?”   Sular məni uddu, canımı haqladı,+ Ümman məni ağuşuna aldı, Yosunlar başıma dolaşdı.   Dağların dibinədək endim, Arxamca dünyanın qapıları həmişəlik bağlanacaqdı, Lakin Sən canımı quyudan çıxartdın, ey Allahım Yehova.+   Canım üzüləndə Yehovanı yada saldım.+ O zaman duam Sənə, müqəddəs məbədinə yetişdi.+   Puç bütlərə pərəstiş edənlər məhəbbət çeşməsini tərk edirlər*.   Mən isə Sənə şükranlarla qurban gətirəcəyəm, Nəzirimi yerinə yetirəcəyəm.+ Qurtuluş Səndəndir, ey Yehova».+ 10  Sonra Yehova balığa əmr etdi və balıq Yunusu quruya qaytardı.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Digər variant: sədaqəti unudurlar.