Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuil 3:1—21

MÜNDƏRİCAT

  • Yehova xalqları mühakimə edir (1—17)

    • Yəhuşafat dərəsi (2, 12)

    • Hökm dərəsi (14)

    • Yehova İsrail üçün qala olacaq (16)

  • Yehova xalqa bərəkət verir (18—21)

3  «Həmin günlərdə, Yəhuda və Yerusəlimin əsirlikdəki sakinlərini geri qaytaracağım+ vaxt   Mən bütün xalqları yığıb Yəhuşafat* dərəsinə gətirəcəyəm. Orada xalqıma görə, İrsim İsrailə görə onlarla haqq-hesab çəkəcəyəm.+ Çünki xalqımı ümmətlər arasına səpələdilər, Torpağımı bölüşdürdülər.+   Xalqımdan ötrü püşk atdılar,+ Fahişəyə muzd əvəzi oğlan uşağı verdilər, Qız uşağını şəraba dəyişdilər.   Ey Sur və Sidon, ey Filişt bölgələri, Mənimlə bu cür davranmağa necə cürət etdiniz? Sizə nə pisliyim dəyib ki, Mənə əvəzini verirsiniz? Madam, Mənimlə belə hərəkət edirsiniz, Mən də etdiklərinizi dərhal, dərhal başınıza gətirəcəyəm.+   Çünki siz qızılımı, gümüşümü götürdünüz,+ Qiymətli xəzinəmi məbədlərinizə apardınız,   Yəhuda və Yerusəlim əhlini Vətənlərindən uzaqlaşdırmaq üçün yunanlara satdınız.+   Mən onları ayağa qaldıracağam ki, satdığınız yerdən geri qayıtsınlar.+ Etdiklərinizi başınıza gətirəcəyəm.   Sizin oğul-qızlarınızı Yəhuda əhlinə satacağam,+ Onlar da övladlarınızı uzaq bir xalqa, Səba camaatına satacaqlar, Yehova belə deyir.   Xalqlar arasında elan edin:+ “Müharibəyə hazırlaşın! İgidləri qızışdırın! Qoy bütün döyüşçülər yaxınlaşsın, irəli atılsın!+ 10  Gavahınlarınızdan* qılınc, oraqlarınızdan nizə düzəldin. Qoy zəif “mən güclüyəm” desin! 11  Ey ətrafdakı xalqlar, bir yerə toplanın,+ gəlin bir-birinizə kömək edin!”» Ey Yehova, igidlərini oraya endir. 12  «Qoy xalqlar qalxsın, Yəhuşafat dərəsinə çıxsın. Çünki Mən orada oturub bütün ətraf xalqları mühakimə edəcəyəm.+ 13  Oraq çalın, məhsul yetişib. Aşağı düşüb tapdalayın, üzümsıxan dolub,+ Çənlər dolub-daşır, çünki xalqların pisliyi çoxdur. 14  Hökm dərəsində kütlələr, kütlələr toplaşıb! Yehovanın orada hökm çıxaracağı gün yaxındır.+ 15  Günəş və ay qaralacaq, Ulduzların parıltısı itəcək. 16  Yehova Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq. Göy və yer sarsılacaq. Lakin Yehova xalqı üçün sığınacaq,+ İsrail xalqı üçün qala olacaq. 17  Onda biləcəksiniz ki, Mən sizin Allahınız Yehovayam, müqəddəs dağım Sion məskənimdir.+ Yerusəlim müqəddəs yer olacaq,+ Yadellilər bir daha ora ayaq basmayacaq.+ 18  O gün belə olacaq: dağlardan şirin şərab damacaq,+ Təpələrdən süd axacaq, Yəhudanın bütün çayları su ilə dolacaq. Yehovanın evindən bir çeşmə çıxacaq,+ Akasiya vadisini suvaracaq. 19  Yəhuda xalqına zülm etdiyinə görə,+ Onun torpağında günahsız qan tökdüyünə görə+ Misir viran qalacaq,+ Ədum ins-cins olmayan səhraya dönəcək.+ 20  Amma Yəhuda həmişə, Yerusəlim nəsildən-nəslə insan məskəni olacaq.+ 21  Əvvəllər tökdükləri qana görə onları günahlı sayırdımsa, indi günahsız sayacağam.+ Mən Yehova Sionda məskən salacağam».+

Haşiyələr

Mənası: Yehova hakimdir.
Xışın yeri şumlayan dəmir hissəsi.