Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yuil 1:1—20

MÜNDƏRİCAT

  • Həşərat basqını (1—14)

  • Yehovanın günü yaxındır (15—20)

    • Peyğəmbər Yehovanı çağırır (19, 20)

1  Fətuil oğlu Yuilə* Yehovanın sözü nazil oldu:   «Eşidin, ey ağsaqqallar! Ey ölkə sakinləri, qulaq asın! Sizin dövrünüzdə, Yaxud ata-babalarınızın dövründə belə bir şey olubmu?+   Bunu övladlarınıza danışın, Övladlarınız öz övladlarına, Onların övladları da qoy sonrakı nəslə danışsın.   Yeyib məhv edən çəyirtkədən qalanı çəyirtkə sürüsü yedi,+ Çəyirtkə sürüsündən qalanı qanadsız çəyirtkə yedi, Qanadsız çəyirtkədən qalanı acgöz çəyirtkə yedi.+   Ayılın, ey sərxoşlar,+ acı-acı ağlayın! Ey şərab düşkünləri, nalə çəkin, Şirin şərabı ağzınızdan çəkib aldılar.+   Mənim torpağıma güclü, saysız-hesabsız bir xalq gəldi.+ Onun dişləri aslan dişi,+ çənəsi aslan çənəsidir.   O, üzüm tənəyimi zay etdi, əncir ağacımdan quru kötük qaldı, Onların qabığını soyub tulladı, Budaqları çıl-çılpaq qaldı.   Gənclik illərinin nişanlısını* itirmiş, Çul geyinmiş qız kimi şivən qopar.   Yehovanın evindən taxıl təqdiməsi,+ şərab təqdiməsi+ kəsildi. Kahinlər, Yehovanın qulluqçuları yas tutur. 10  Zəmi viran qalıb, torpaq inildəyir,+ Çünki taxıl talan edilib, təzə şərab quruyub, yağ tükənib.+ 11  Əkinçilər təlaş keçirir, bağbanlar ağlayır, Sahələrdə nə buğda, nə arpa var, Məhsul yoxa çıxıb. 12  Üzüm tənəyi quruyub, Əncir ağacı solub. Nar, xurma, alma ağacları, Bütün çöl ağacları quruyub.+ İnsanlar arasındakı sevinc xəcalətə dönüb. 13  Ey kahinlər, çula bürünüb yas tutun*! Ey qurbangahda xidmət edənlər,+ fəğan edin! Ey Allahımın qulluqçuları, gəlin, gecəni çul içində keçirin! Çünki Allahınızın evinə taxıl+ və şərab təqdimələri+ gətirilmir. 14  Oruc elan edin; təntənəli yığıncaq çağırın.+ Ağsaqqalları, bütün ölkə sakinlərini Allahınız Yehovanın evinə toplayın,+ Yehovadan imdad diləyin. 15  Vay, o gün gəlir! Yehovanın günü yaxındır,+ Qüdrət Sahibindən fəlakət kimi gəlir o gün! 16  Axı gözümüzün önündən yeməklər, Allahımızın evindən sevinc, şadlıq yox olub. 17  Kürək altındakı toxumlar* bürüşüb. Anbarlar bomboş qalıb. Taxıl anbarları dağıdılıb, çünki məhsul olmayıb. 18  Hətta mal-qara zar-zar zarıyır, Naxırlar pərən-pərən düşüb, örüş tapmırlar. Sürülər zülüm çəkir. 19  Səni, ey Yehova, Səni çağıracağam!+ Çünki çöllükdəki otlaqları od qarsıdıb, Çöldəki ağacları alov yandırıb kül edib. 20  Çöl heyvanları da Səni həsrətlə gözləyir, Çünki çaylar quruyub, Çöllükdəki otlaqları od yandırıb-yaxıb».

Haşiyələr

Mənası: Yehova Allahdır.
Yaxud ərini.
Yaxud sinənizi döyün.
Digər variant: əncir qurusu.