Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaqub 5:1—20

MÜNDƏRİCAT

  • Varlılara xəbərdarlıq (1—6)

  • Allah səbir göstərib dözəni mükafatlandırır (7—11)

  • Qoy «bəliniz» bəli olsun (12)

  • İmanla edilən duanın böyük qüvvəsi var (13—18)

  • Günahkarı səhv yoldan qaytarmaq (19, 20)

5  Ey varlılar, başınıza gələcək bəlalardan ötrü ağlayıb fəğan edin.+  Var-dövlətiniz çürüyüb, pal-paltarınızı güvə yeyib.+  Qızılınız, gümüşünüz pas atıb; bu pas sizin əleyhinizə şahidlik edəcək və ətinizi yeyəcək. Yığdığınız axırzamanda alovtək olacaq.+  Baxın, tarlalarınızı biçənlərə vermədiyiniz zəhmət haqqı fəryad edir, biçinçilərin imdad harayı göydəki ordular Allahı Yehovanın qulağına çatıb.+  Siz dünyada təmtəraqla yaşayıb kef çəkmisiniz. Siz ürəyinizi qətl günü üçün bəsləyib kökəltmisiniz.+  Siz salehi məhkum edib öldürdünüz. Bilin, o, sizə qarşıdır!  Beləliklə, qardaşlar, Ağamızın hüzuru* vaxtına qədər səbirli olun.+ Əkinçi ilk və son yağışları alanacan torpaqdan götürəcəyi qiymətli məhsulu səbirlə gözləyir.+  Siz də səbirli olun.+ Qoy ürəyiniz mətin olsun, axı Ağamızın hüzuru yaxındır.+  Qardaşlar, bir-birinizdən gileylənməyin, yoxsa məhkum olarsınız.+ Budur, Hakim qapıda durub. 10  Qardaşlar, pisliyə qatlaşmaqda+ və səbirli olmaqda+ Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün.+ 11  Budur, biz axıradək dözənləri xoşbəxt sayırıq.+ Siz Əyyubun dözümü haqqında eşitmisiniz+ və Yehovadan gələn nəticəni görmüsünüz.+ Yehova çox mehriban* və mərhəmətlidir.+ 12  Qardaşlar, ilk növbədə and içməyi tərgidin. Nə göyə, nə yerə, nə də başqa bir şeyə and içməyin. Qoy «bəli»niz bəli, «xeyr» sözünüz xeyr olsun+ ki, məhkum edilməyəsiniz. 13  Aranızda kimsə çətinliklərlə üzləşirmi? Qoy durmadan dua etsin.+ Kefi kökdürmü? Qoy tərənnüm nəğmələri oxusun.+ 14  Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın.+ Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər.+ 15  İmanla edilən dua naxoş* olanı sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq. 16  Buna görə də bir-birinizin qarşısında günahlarınızı etiraf edin+ və sağalmaq üçün bir-birinizdən ötrü dua edin. Salehin hərarətli duasının böyük təsiri var.+ 17  İlyas da bizim kimi adi* bir insan idi. Ancaq o, duada xahiş etdi ki, yağış yağmasın və həmin ərazidə üç il altı ay yağış yağmadı.+ 18  Sonra yenə dua etdi və göydən yağış yağdı, torpaq bar verdi.+ 19  Qardaşlarım, sizlərdən kimsə həqiqət yolunu azarsa və digəri onu geri qaytararsa, 20  bilin ki, günahkarı səhv yoldan qaytaran+ onu ölümdən qurtarmış olur və çox günahları örtür.+

Haşiyələr

Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.
Yaxud şəfqətli.
Digər variant: yorğun.
Yaxud bizdəki kimi duyğulara malik.