Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Yaqub 1:1—27

MÜNDƏRİCAT

  • Salamlar (1)

  • Sınaqlara tab gətirən xoşbəxtdir (2—15)

    • Sınanmış imanın dəyəri (3)

    • İmanla diləyin (5—8)

    • Nəfs günaha və ölümə aparır (14, 15)

  • Hər bir gözəl pay yuxarıdandır (16—18)

  • Sözü eşidib ona əməl etmək (19—25)

    • Güzgüyə baxan adam (23, 24)

  • Pak və qüsursuz dindarlıq (26, 27)

1  Allahın və Ağamız İsa Məsihin qulu Yaqubdan+ yer üzünə səpələnmiş on iki qəbiləyə məktub: Sizə salam olsun!  Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın.+  Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir.+  Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın.+  Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən+ Allahdan diləsin*+ və ona veriləcək.+  Amma qoy imanla diləsin,+ zərrə qədər də şübhə etməsin.+ Çünki şübhə edən adam küləyin qaldırıb ora-bura çırpdığı dəniz dalğasına bənzər.  Qoy belə adam Yehovadan heç nə ummasın,  çünki o, bütün işlərində qətiyyətsiz+ və səbatsız adamdır.  Qoy fağır qardaş ucaldılması ilə,+ 10  varlı isə alçaldılması ilə fəxr etsin,+ çünki varlı adam çöl çiçəyi kimi solub gedəcək. 11  Necə ki günəş doğanda onun yandırıb-yaxan istisi bitkiləri qurudur, onların çiçəkləri tökülür və gözəlliyi itib gedir, eynilə, varlı adam da iş-gücünün içində solub gedəcək.+ 12  Sınaqlara tab gətirən adam xoşbəxtdir.+ Çünki o, bəyənilib Yehovanın Onu sevənlərə vəd etdiyi+ həyat tacını alacaq.+ 13  Sınaqlarla üzləşəndə qoy heç kəs: «Allah məni sınağa çəkir», — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil. 14  Lakin hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır.+ 15  Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə, öz növbəsində, ölümə aparır.+ 16  Əziz qardaşlarım, aldanmayın. 17  Hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan,+ səmavi nurların Atasından nazil olur.+ O, kölgə kimi dəyişkən deyil.+ 18  O, Öz iradəsinə müvafiq olaraq, xilqəti arasında bir növ nübar+ olmağımız üçün bizi həqiqət sözü vasitəsilə+ var etdi. 19  Əziz qardaşlarım, bunları unutmayın: hər bir insan eşitməyə hazır olmalı, danışmağa+ və hirslənməyə tələsməməlidir.+ 20  Çünki insanın qəzəbi onu Allah qarşısında saleh etmir.+ 21  Buna görə də özünüzü hər cür çirkabdan və pisliyin hər zərrəsindən* təmizləyin+ və sizi xilas etməyə qadir olan sözün içinizdə əkilməsinə həlimliklə yol verin. 22  Həm də sözün icraçısı olun,+ yanlış fikirlərə aldanıb onu təkcə eşitməklə kifayətlənməyin. 23  Kim Allahın sözünü eşidir, amma əməl etmirsə,+ o, güzgüdə öz sifətinə baxan adama bənzəyir. 24  O, özünə baxır, sonra çıxıb gedir və dərhal görünüşünü unudur. 25  Ancaq kamil azadlıq qanununa+ diqqətlə baxan və ona bağlı qalan adam unutqan dinləyici olmayıb eşitdiklərinə əməl etdiyi üçün öz işində xoşbəxt olacaq.+ 26  Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa,+ o, öz-özünü aldadır və onun dindarlığı boşdur. 27  Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən+ yetimlərə+ və dul qadınlara+ qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan.+

Haşiyələr

Yaxud daima diləsin.
Digər variant: çox pislikdən.