Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vaiz 8:1—17

MÜNDƏRİCAT

  • Nakamil insanın başçılığı (1—17)

    • Padşahın fərmanına qulaq as (2—4)

    • İnsan ağalığının ziyanı (9)

    • Cəza tez verilməyəndə (11)

    • Ye, iç, şad ol (15)

8  Hikmətli adama kim tay ola bilər? Müşkülün həllini kim tapa bilər? İnsanın hikməti çöhrəsini nurlandırar, sərt üzünü yumşaldar.  Bax, deyirəm: «Allaha içdiyin anda görə padşahın fərmanına qulaq as».+  Padşahın hüzurundan çıxmağa tələsmə.+ Pisliyin tərəfində durma.+ Çünki padşah istədiyini edə bilər,  axı onun sözü mütləqdir,+ kim ona: «Nə edirsən?» — deyə bilər.  Əmrə əməl edən zərər görməz.+ Hikmətli ürək vaxtı və qaydanı bilir.+  Çünki hər şeyin öz vaxtı və öz qaydası var,+ axı insanların dərd-bəlası çoxdur.  Nə olacağını heç kim bilmir, bəs onda kim deyə bilər, nə necə olacaq?  Necə ki heç kimin ruh üzərində hökmü, ruhu tutub saxlamağa iqtidarı yoxdur, ölüm günü üzərində də heç kimin hökmü yoxdur.+ Müharibə zamanı heç kim tərxis olunmadığı kimi, pislik də qoymaz ki, pislik edənlər canlarını qurtarsın*.  Günəş altında edilən bütün işləri ürəyimdə götür-qoy edəndən sonra bunları öyrəndim. Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub.+ 10  Bir vaxtlar müqəddəs məskənə girib-çıxan pislərin dəfnini gördüm, amma bu cür davrandıqları şəhərdə tezliklə yaddan çıxdılar.+ Bu da puçdur. 11  Pis əmələ görə cəza tez verilmədiyi üçün insanların ürəyi pislik etməyə cürətlənir.+ 12  Bunu bilirəm ki, günahkar yüz dəfə pislik edib uzun ömür sürsə də, yenə Allahdan qorxanlar xeyir tapacaq, çünki onlar Allahdan qorxurlar.+ 13  Amma pis adamın axırı yaxşı olmayacaq.+ O, kölgəyə bənzər günlərini uzada bilməyəcək,+ çünki Allahdan qorxmur. 14  Yer üzündə puç bir şey var: elə insan var ki, salehdir, amma onunla şər iş görən adam kimi davranırlar,+ elə insan da var ki, pisdir, amma insanlar ona salehlərə layiq münasibət bəsləyirlər.+ Dedim ki, bu da puçdur. 15  Ona görə də sevinib-şadlanmağı tövsiyə etdim,+ çünki günəş altında insan üçün yeyib-içməkdən və şad olmaqdan yaxşı şey yoxdur. Bu, Allahın günəş altında verdiyi həyatda insanın çəkdiyi zəhmətlə qoşa olmalıdır.+ 16  Mən ürəyimdə niyyət etdim ki, gecə-gündüz yuxu bilmədən hikmət qazanım, yer üzündə edilən işləri görüm*.+ 17  Sonra Allahın bütün işlərinə fikir verdim və başa düşdüm ki, insan günəş altında baş verənləri dərk edə bilməz.+ İnsan nə qədər əlləşib-vuruşsa da, bunu dərk edə bilməz. Hətta müdrik olduğunu, bunu dərk edəcəyini desə də, yenə dərk edə bilməz.+

Haşiyələr

Digər variant: pislik yiyəsinin canını qurtarmaz.
Digər variant: mən ürəyimdə niyyət etdim ki, hikmət qazanım, yer üzündə edilən işləri, insanların gecə-gündüz yuxu bilmədən etdiyi işləri görüm.