Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vaiz 5:1—20

MÜNDƏRİCAT

  • Allaha ehtiramla yanaşın (1—7)

  • Böyüyün üzərində böyük durur (8, 9)

  • Var-dövlət puçdur (10—20)

    • Pul sevən puldan doymaz (10)

    • Zəhmətkeşin yuxusu şirindir (12)

5  Allahın evinə gedəndə addımlarına fikir ver.+ Oraya qulaq asmaq+ üçün girmək axmaqlar kimi qurban gətirməkdən yaxşıdır.+ Onlar anlamırlar ki, etdikləri pis hərəkətdir.  Qoy dilin tələsməsin. Allahın hüzurunda söz deməyə ürəyin tələsməsin.+ Çünki Allah göydədir, sən isə yerdə. Ona görə də nə dediyinə fikir ver.+  Çoxlu qayğı yuxu gətirir,+ söz çox olanda isə sərsəm söhbət alınır.+  Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma,+ çünki Onun ağılsızlardan xoşu gəlmir.+ Nəzirini yerinə yetir.+  Nəzir deməmək nəzir deyib onu yerinə yetirməməkdən yaxşıdır.+  Qoyma dilin səni günaha batırsın.+ Allahın mələyinə: «Səhv etmişəm», — demə.+ Axı nəyə görə Allah sözlərinə qəzəblənib əllərinin işini məhv etsin?+  Çünki çoxlu qayğı yuxu gətirdiyi kimi,+ çoxlu söz də puçluq yaradır. Sən Allahdan qorx.+  Əgər görsən ki, yaşadığın vilayətdə məzluma zülm edilir, haqq-ədalət tapdalanır, təəccüb etmə.+ Hər mənsəb sahibinə ondan böyüyü nəzarət edir, onların da başında onlardan böyüklər var.  Torpağın gəlirini bu adamlar bölüşür, padşahın da yeməyi tarladan gəlir.+ 10  Gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan.+ Bu da puçdur.+ 11  Var-dövlət çoxaldıqca yeyənlər də çoxalır.+ Sahibinə baxmaqdan savayı nə qalır?+ 12  Zəhmətkeş az da yesə, çox da yesə, yuxusu şirin olur, amma varlının dövləti onu yatmağa qoymur. 13  Günəş altında böyük bir dərd gördüm: sahibinin ziyanı üçün qorunan sərvət. 14  Bu sərvət bədbəxt hadisə ucbatından itir, onun oğlu olanda ona miras qoymağa heç nəyi olmur.+ 15  İnsan anasının bətnindən lüt gəlir, lüt də gedir.+ Əməyinin bəhrəsindən özü ilə heç nə aparmır.+ 16  Bu da böyük dərddir: insan necə gəlirsə, elə də gedir. Külək üçün əlləşib-vuruşmağın nə xeyri var?+ 17  Yediyi yeməyin dadını bilmir, ömür boyu yeməyini məyusluq, xəstəlik içində, əsəbi halda yeyir.+ 18  Gördüm ki, ən yaxşı və düzgün şey budur: insan gərək Allahın ona verdiyi bir neçə günlük ömründə yeyib-içsin və günəş altında çəkdiyi zəhmətdən həzz alsın,+ çünki bu, onun mükafatıdır.+ 19  Əgər Allah insana var-dövlət və mal-mülklə+ yanaşı onlardan zövq almaq qabiliyyəti də veribsə, insan öz mükafatını almalıdır və zəhmətindən sevinc duymalıdır. Bu, Allahın bəxşişidir.+ 20  Allah onun başını sevinclə qarışdırdığı üçün ömrünün necə keçdiyindən xəbər tutmayacaq.+

Haşiyələr