Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vaiz 12:1—14

MÜNDƏRİCAT

  • Cavanlığında Ulu Yaradanı xatırla (1—8)

  • Vaizin çıxartdığı nəticə (9—14)

    • Müdrik sözlər çomağa bənzər (11)

    • Allahdan qorx (13)

12  Cavanlıq günlərində Ulu Yaradanını xatırla.+ Əziyyətli günlər gəlməzdən qabaq,+ «həyatdan həzz almıram» deyəcəyin illər yetişməzdən əvvəl,  günəş, işıq, ay, ulduzlar qaralmazdan,+ leysandan sonra buludlar* qayıtmazdan əvvəl Onu xatırla.  O gün gələndə evi qoruyanlar titrəyəcək, güclü kişilər büküləcək, qadınlar azaldığından dən üyütməyəcək, pəncərədən baxan xanımların gözü qaranlıq görəcək;+  onda küçəyə açılan qapılar bağlanacaq, dəyirmanın səsi azalacaq, adam quş səsinə oyanacaq, mahnı oxuyan bütün qızların səsi zəifləyəcək.+  Hündürlük qorxudacaq, küçə vahiməyə salacaq. Badam ağacı çiçəklənəcək,+ cırcırama özünü güclə sürüyəcək, yerqulağının tumurcuğu partlayacaq. Çünki insan daimi məskəninə yol alacaq+ və təziyədarlar küçə ilə gedəcəklər.+  Gümüş ip qırılmamış, qızıl cam sınmamış, bulaq başındakı kuzə qırılmamış, quyunun çarxı sınmamış;  torpaq əvvəlki yerinə qayıtmamış,+ ruh* onu verən Allaha dönməmiş Yaradanını xatırla.+  Vaiz+ deyir: «Puçun puçu! Hər şey puçdur».+  Vaiz hikmətli olmaqla yanaşı, bildiklərini həmişə xalqa öyrədirdi.+ O düşünür, dərin axtarışlar aparır, çoxlu məsəllər tərtib edirdi.+ 10  Vaiz çalışırdı ki, lətif kəlmələr+ tapsın və həqiqət sözlərini düzgün yazsın. 11  Müdriklərin sözləri çomağa bənzər,+ topladıqları deyimləri möhkəm vurulmuş mıxlar kimidir; hamısını bir çoban vermişdir. 12  Bunlardan artıq nə varsa, oğlum, özünü gözlə: çoxlu kitab yazmağın axırı yoxdur, onlara aludə olmaq canı taqətdən salar.+ 13  Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx,+ Onun əmrlərini yerinə yetir.+ İnsanın vəzifəsi budur.+ 14  Çünki Allah hər işi, hər gizli şeyi — yaxşını da, pisi də mühakimə edəcək.+

Haşiyələr

Digər variant: leysanla buludlar.
Yaxud həyat qüvvəsi.