Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vaiz 11:1—10

MÜNDƏRİCAT

  • Fürsəti əldən vermə (1—8)

    • Çörəyini suya burax (1)

    • Səhərdən axşama toxum səp (6)

  • Cavanlığını ağılla yaşa (9, 10)

11  Çörəyini suya burax,+ günlər keçər, onu yenidən taparsan.+  Ondan yeddi, lap səkkiz nəfərə pay ver,+ çünki bilmirsən yer üzünə hansı fəlakət gələcək.  Buludlar su ilə dolanda yerə yağış tökür; ağac istər cənub, istər şimal tərəfə yıxılsın, oradaca qalır.  Küləyə baxan toxum səpməz, buluda baxan biçin biçməz.+  Ana bətnindəki uşağın sümüklərində ruhun necə işlədiyini bilmədiyin kimi,+ hər şeyi edən Allahın da işini bilmirsən.+  Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın,+ çünki bilmirsən əvvəlki cücərəcək, sonrakı cücərəcək, yoxsa hər ikisi.  İşıq gözəldir, gözlər üçün günəşi görmək xoşdur.  İnsan uzun ömür sürürsə, qoy ömrünün bütün illərindən həzz alsın.+ Amma unutmasın ki, qara günləri də çox olacaq. Nə olacaqsa, puçdur.+  Sevin, ey cavan, nə qədər ki cavansan! Qoy cavanlıq günlərində ürəyin şad olsun! Könlünün istədiyi, gözünün gördüyü yolla get. Amma bil ki, Allah bütün bunlara görə səndən haqq-hesab istəyəcək.+ 10  Odur ki, zərərli şeyləri ürəyindən çıxart, şəri cismindən uzaqlaşdır. Cavanlıq da, ömrün bahar çağı da puçdur.+

Haşiyələr