Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Vaiz 10:1—20

MÜNDƏRİCAT

  • Kiçik ağılsızlıq hikmətlini heç edir (1)

  • Axmaqlığın xətası (2—11)

  • Axmağın bədbəxtliyi (12—15)

  • Padşah axmaq olanda (16—20)

    • Quşlar səsini aparar (20)

10  Ölü milçəklər ətirdüzəldənin yağını iylədib xarab etdiyi kimi, kiçik ağılsızlıq da hikmət və hörmət sahibini gözdən salır.+  Hikmətlinin ürəyi düz yola yönəlir, axmağın ürəyi isə əyri yola.+  Axmaq hansı yolla gedirsə-getsin, axmaqdır ki, axmaqdır.+ O, səfehliyini hamıya göstərər.+  Əgər hakim sənə qəzəblənsə, yerindən tərpənmə,+ çünki dinc durmaq böyük xətaları sovuşdurar.+  Günəş altında bir dərd gördüm, o da hakimiyyət sahiblərinin etdiyi səhvdir:+  axmaqlar yüksək vəzifəyə qoyulur, layiqli insanlar isə yerdə qalır.  Nökərləri at belində, əsilzadələri nökər kimi pay-piyada gördüm.+  Quyu qazan, özü o quyuya düşər,+ divar sökəni ilan çalar.  Daş yaran özünü yaralayar, odun yarana odun xətər yetirər*. 10  Balta kütdürsə, ağzı itilənmirsə, çoxlu güc tələb olunar. Hikmət isə uğur gətirər. 11  İlan ovsundan əvvəl çalarsa, daha mahir ovsunçuya ehtiyac olmaz. 12  Müdrik adamın dilindən çıxan sözlər ona rəğbət qazandırar,+ axmağın isə dili onu məhv edər.+ 13  Sözünün əvvəli səfehlik olar,+ axırı müdhiş bir dəlilik. 14  Di gəl, axmaq hey danışar.+ Heç kim nə olacağını bilmir. Ondan sonra nə olacağını adama kim deyə bilər?+ 15  Axmaq əlləşib-vuruşar, haldan düşər, çünki heç şəhərə gedən yolu da bilmir. 16  Əgər padşah uşaqdırsa, əyanlar səhərdən ziyafətə başlayırsa, vay ölkənin halına!+ 17  Xoş o məmləkətin halına ki, padşahı əsilzadədir, əyanları da əyyaşlıq üçün yox, güc toplamaq üçün öz vaxtında süfrəyə oturur.+ 18  Tənbəllikdən evin damı çökər, əllərini sallayıb oturanın tavanı damar.+ 19  Çörək üzü güldürər, mey həyatı şən edər,+ pul isə hər ehtiyacın haqqını ödəyər.+ 20  Hətta ürəyində* belə, padşaha lənət demə,+ yataq otağında belə, varlı adamı lənətləmə. Çünki quşlar səsini aparar, qanadlı məxluqlar sözlərini çatdırar.

Haşiyələr

Digər variant: odun yaran da özündən muğayat olmalıdır.
Digər variant: yatağında.