Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Titusa 3:1—15

MÜNDƏRİCAT

  • Münasib tabeçilik (1—3)

  • Yaxşı işlərə hazır ol (4—8)

  • Axmaq mübahisələri və təriqətçi fikirləri rədd et (9—11)

  • Son göstərişlər və salam-dua (12—15)

3  Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar, itaət etsinlər,+ hər cür yaxşı işə hazır olsunlar,  heç kəsin haqqında pis danışmasınlar, davakar olmasınlar, dərrakəli olsunlar,+ hamı ilə mülayim davransınlar.+  Axı biz də vaxtilə düşüncəsiz, itaətsiz, yolunu azmış insanlar idik, cürbəcür istəklərin və eyş-işrətin qulu idik, pislik, paxıllıq edir, mənfur işlərlə məşğul olur, bir-birimizə nifrət edirdik.  Ancaq Xilaskarımız Allahın xeyirxahlığı+ və bəşəriyyətə məhəbbəti aşkar ediləndə  O, saleh işlərimizə görə deyil,+ mərhəmətinə görə bizi qurtardı.+ Bizi təmizləyib həyata qaytararaq+ və müqəddəs ruhu vasitəsilə yeniləşdirərək xilas etdi.+  O, Xilaskarımız İsa Məsih vasitəsilə bu ruhu bizə bol-bol verdi+ ki,  Onun lütfü sayəsində saleh sayıldıqdan+ sonra biz ümidimizə əsasən əbədi həyatın+ varisi olaq.+  Bu sözlər etimada layiqdir. Səndən xahiş edirəm, bunları dönə-dönə vurğula ki, Allaha iman edənlər fikirlərini yaxşı işlərə cəmləşdirsinlər. Bunlar gözəl və hamı üçün faydalı şeylərdir.  Axmaq mübahisələrdən, nəsil şəcərələrini araşdırmaqdan, Qanun üstdə çəkişmələrdən və davalardan uzaq ol, çünki bunlar boş və mənasız şeylərdir.+ 10  Təriqətçilik yayan adama+ gəldikdə isə iki xəbərdarlıqdan sonra onunla əlaqəni kəs,+ 11  çünki belə adam yoldan sapıb və günah işləyərək özü-özünü məhkum edir. 12  Arteması ya da Tixiki+ yanına göndərəndə bacardığın qədər çalış ki, tezliklə Nikopola, yanıma gələsən, çünki qışı orada qalacağam. 13  Qanunu yaxşı bilən Zenas, həmçinin Apollos üçün yaxşı tədarük gör ki, yolboyu korluq çəkməsinlər.+ 14  Qoy bizimkilər də yaxşı işlərlə məşğul olmağı öyrənsinlər ki, təcili kömək lazım olanda yardım etsinlər+ və beləcə, bəhrəsiz qalmasınlar.+ 15  Yanımda olanların hamısı sənə salam deyir. Bizi sevən iman qardaşlarımıza salamlarımı çatdır. Qoy Allahın lütfü sizə yar olsun.

Haşiyələr