Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Titusa 2:1—15

MÜNDƏRİCAT

  • Həm yaşlılar, həm cavanlar üçün sağlam təlim (1—15)

    • Pisliyi rədd et (12)

    • Yaxşı işlərə can atan xalq (14)

2  Sən isə həmişə sağlam təlimə uyğun sözlər danış.+  Qoy yaşlı kişilər hər şeydə hədd bilsinlər, ciddi, sağlamdüşüncəli, imanda, məhəbbətdə və dözümdə möhkəm olsunlar.  Eynilə də ağbirçəklər möminlərə yaraşan tərzdə davransınlar. Onlar böhtançı və şərab düşkünü olmamalı, yaxşı şeylər öyrətməlidirlər.  Qoy onlar cavan gəlinlərə ərlərini və uşaqlarını sevməyi,  ağıllı-kamallı, ismətli, işli-güclü, xeyirxah olmağı, həmçinin ərlərinə tabe olmağı aşılasınlar+ ki, Allahın sözü bədnam edilməsin.  Eynilə də cavanları sağlamdüşüncəli olmağa təşviq et,+  özün yaxşı işlər görərək hər sahədə onlara nümunə ol. Tam ciddiyyətlə pak şeyləri öyrət*,+  danışığın təmiz olsun, heç kim sözlərində nöqsan tapmasın,+ əleyhdarlar əleyhimizə deməyə bir söz tapmayıb utansınlar.+  Qoy qullar hər sahədə ağalarına tabe olsunlar+ və onları razı salsınlar, söz qaytarmasınlar, 10  onlardan oğurluq etməsinlər,+ əksinə, tam etibara layiq olduqlarını göstərib hər sahədə Xilaskarımız Allahın təlimini bəzəsinlər.+ 11  Çünki Allahın lütfü aşkar olaraq hər cür insana xilas gətirdi.+ 12  Bu lütf bizə allahsızlığı və bu dünyaya xas istəkləri rədd edib+ bu zəmanədə sağlam düşüncə ilə, salehlik və möminliklə həyat sürməyi öyrədir.+ 13  Ulu Allahın və Xilaskarımız Məsih İsanın şanlı zühurunu və gözəl ümidimizin gerçəkləşəcəyini+ gözlədiyimiz vaxtda biz belə yaşamalıyıq. 14  Məsih özünü uğrumuzda fəda etdi+ ki, bizi hər cür qanunsuzluqdan azad edib+ təmizləyərək bizdən öz əmlakı olan və yaxşı işlərə can atan bir xalq təşkil etsin.+ 15  Bundan sonra da tam ixtiyarla bu şeyləri danış, nəsihət ver*, tənbeh et.+ Qoy heç kəs sənə yuxarıdan aşağı baxmasın.

Haşiyələr

Digər variant: saflıqla öyrət.
Yaxud ruhlandır.