Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Titusa 1:1—16

MÜNDƏRİCAT

  • Salamlar (1—4)

  • Titus Kritdə ağsaqqallar təyin etmək üçün qoyulub (5—9)

  • İtaətsizləri ciddi tənbeh et (10—16)

1  Allahın seçilmişlərinin imanına və həqiqət barəsindəki dəqiq biliyə əsasən Allahın qulu və İsa Məsihin həvarisi olan Bulusdan məktub. Həqiqət möminliklə bağlıdır  və heç vaxt yalan danışmayan Allahın+ əzəldən vəd etdiyi əbədi həyat+ ümidinə əsaslanır.  O, vaxtı çatanda Öz sözünü Xilaskarımız Allahın əmri ilə mənə həvalə edilən təbliğ xidməti+ vasitəsilə aşkar etdi.  Bizimlə eyni imanda olan doğma balam Titusa: Atamız Allahdan və Xilaskarımız Məsih İsadan gələn lütf və sülh sənə yar olsun!  Mən səni Kritdə ona görə qoydum ki, yarımçıq işləri qaydaya salasan və göstəriş verdiyim kimi, şəhərlərdə ağsaqqallar təyin edəsən.  Ağsaqqal qüsursuz və tək bir qadınla evli olmalıdır. Onun uşaqları pozğun həyat sürməkdə və itaətsizlikdə ittiham olunmamalı, imanlı olmalıdırlar.+  Bəli, nəzarətçi Allahın nökərbaşısı kimi qüsursuz olmalıdır. O, inadkar,+ tez özündən çıxan,+ sərxoşluq edən, zorakı, haram qazanc hərisi olmamalıdır.  Əksinə, yaxşılığı sevməli, qonaqpərvər,+ sağlamdüşüncəli,+ saleh*, sədaqətli olmalı+ və özünə hakim olmağı bacarmalıdır.+  O, təlim verərkən Allahın etibara layiq sözünə bağlı qalmalıdır+ ki, sağlam təlimin+ sayəsində həm qardaşları ürəkləndirsin, həm də bu təlimə zidd gedənləri tənbeh edə bilsin.+ 10  Çünki itaətsiz, boşboğaz və yalançı adamlar çoxdur, ələlxüsus da sünnət tərəfdarları arasında belələri çoxdur.+ 11  Belələrinin ağzını yummaq lazımdır, çünki onlar haram qazanc xatirinə ağıllarına gələni öyrədib ailələrin imanını sarsıdırlar. 12  Onlardan biri, elə öz peyğəmbərləri belə deyib: «Kritlilər həmişə yalan danışır, onlar yırtıcı, vəhşi heyvandırlar, avara və qarınquludurlar». 13  Bu, doğrudan da, belədir. Buna görə də onları daima sərtliklə tənbeh et ki, imanları möhkəm olsun, 14  yəhudi nağıllarına, həqiqətdən üz döndərən adamların əmrlərinə fikir verməsinlər. 15  Təmiz adam üçün hər şey təmizdir.+ Ancaq murdar və imansız adam üçün təmiz heç nə yoxdur, çünki onların əqli də, vicdanı da ləkələnib.+ 16  Onlar hamının qarşısında Allahı tanıdıqlarını söyləyirlər, ancaq əməlləri ilə Onu danırlar,+ çünki onlar iyrəncdirlər, itaətsizdirlər və heç bir yaxşı işə yaramırlar.

Haşiyələr

Yaxud ədalətli.