Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 9:1—23

MÜNDƏRİCAT

  • Pasxa hazırlığı (1—14)

  • Çadırın üzərində bulud və alov (15—23)

9  Misirdən çıxmalarının ikinci ilinin birinci ayında+ Yehova Sina səhrasında Musaya dedi:  «İsraillilər təyin olunmuş vaxtda Pasxa qurbanını hazırlamalıdırlar.+  Qurbanı təyin olunmuş vaxtda, bu ayın on dördüncü günü qaş qaralanda hazırlayın. O, Pasxa ilə bağlı qayda və göstərişlərə uyğun hazırlanmalıdır».+  Musa israillilərə Pasxa qurbanını hazırlamağı buyurdu.  Onlar da birinci ayın on dördüncü günü qaş qaralanda Sina səhrasında Pasxa qurbanını hazırladılar. Yehova Musaya necə əmr etmişdisə, israillilər elə də etdilər.  Ancaq elələri var idi ki, meyitə toxunub murdar olduğundan+ həmin gün Pasxa qurbanını hazırlaya bilmədilər. Odur ki, elə həmin gün Musa ilə Harunun yanına gəlib+  dedilər: «Biz meyitə toxunub murdar olmuşuq. Deməli, israillilərlə birlikdə təyin olunmuş vaxtda Yehovaya qurban gətirə bilmərik?»+  Musa onlara dedi: «Gözləyin, baxım görüm Yehova nə deyir».+  Onda Yehova Musaya dedi: 10  «İsraillilərə bunu söylə: “Aranızdan, yaxud gələcək nəsillərinizdən kimsə Pasxa vaxtı meyitə toxunub murdar olarsa+ və ya səfərdə olarsa, yenə də Yehovaya Pasxa qurbanını hazırlamalıdır. 11  Qurbanı ikinci ayın+ on dördüncü günü qaş qaralanda hazırlamalı, mayasız çörəklə və acı otlarla yeməlidir.+ 12  Ətindən səhərə saxlamamalı,+ bir sümüyünü belə, sındırmamalıdır.+ Qurbanı Pasxa ilə bağlı bütün qaydalara uyğun hazırlamalıdır. 13  Lakin kimsə pak olduğu, yaxud səfərdə olmadığı halda, Pasxa qurbanını hazırlamazsa, həmin adam xalqın arasından yox edilməlidir*,+ çünki o, təyin olunmuş vaxtda Yehovaya qurban gətirməyib. Beləsi günahına görə cavab verəcək. 14  Aranızda yaşayan yadelli də Yehova üçün Pasxa qurbanı hazırlamalıdır.+ Bunu Pasxa ilə bağlı qayda və göstərişlərə uyğun etməlidir.+ İstər yadelli olsun, istərsə də yerli, hamı üçün qanun eyni olmalıdır”».+ 15  Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadır qurulan gün+ onu bulud bürüdü, axşam isə onun üstündə alova bənzər bir şey göründü və səhərə qədər orada qaldı.+ 16  Bu, hər gün baş verirdi: gündüzlər çadırı bulud bürüyər, gecələr isə onun üstündə alova bənzər bir şey görünərdi.+ 17  Hər dəfə bulud çadırın üstündən yuxarı qalxanda israillilər dərhal yola düşərdilər.+ Bulud harada dayanardısa, israillilər həmin yerdə düşərgə salardılar.+ 18  İsraillilər Yehovanın əmri ilə yola düşər, Yehovanın əmri ilə də düşərgə salardılar.+ Ta bulud çadırın üstündən qalxmayınca onlar yerlərindən tərpənməzdilər. 19  Bulud çadırın üzərində uzun müddət dayananda israillilər Yehovaya itaət göstərər, yola çıxmazdılar.+ 20  Bəzən bulud çadırın üzərində bir neçə gün durardı. Onlar Yehovanın əmri ilə düşərgə saldıqları yerdə qalar, Yehovanın əmri ilə də yola düşərdilər. 21  Hərdən isə bulud yalnız axşamdan səhərə qədər dayanar və səhər qalxardı. Onda onlar yola düşərdilər. İstər gündüz olsun, istər gecə, bulud qalxanda onlar yola düşərdilər.+ 22  Bulud çadırın üstündə istər iki gün, istər bir ay, istərsə lap çox qalsın, həmin vaxt ərzində israillilər düşərgə saldıqları yerdə qalar, yola düşməzdilər. Lakin bulud qalxanda onlar da tərpənərdilər. 23  Onlar Yehovanın əmri ilə düşərgə salar, Yehovanın əmri ilə də yola düşərdilər. Yehova Musa vasitəsilə onlara nə buyurardısa, hər şeyə əməl edib Yehovaya itaət göstərərdilər.

Haşiyələr

Yaxud öldürülməlidir.