Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 8:1—26

MÜNDƏRİCAT

  • Harun yeddi çırağı yandırır (1—4)

  • Lavililər paklanır; xidmətə başlayır (5—22)

  • Lavililərin xidməti üçün yaş həddi (23—26)

8  Yehova Musa ilə danışıb dedi:  «Haruna belə söylə: “Çıraqdandakı yeddi çırağı yandıranda onları elə qoy ki, işıq çıraqdanın qabağına düşsün”».+  Harun elə də etdi: o, çıraqları yandıranda Yehovanın əmr etdiyi kimi, çıraqdanın qarşısı işıqlandı.+  Çıraqdan gövdəsindən tutmuş güllərinə kimi döymə qızıldan düzəldilmişdi.+ Onu Yehovanın Musaya vəhydə göstərdiyi nümunəyə uyğun düzəltmişdilər.+  Yehova yenə də Musa ilə danışıb dedi:  «Lavililəri israillilərdən ayırıb pak et.+  Onları pak etmək üçün belə et: üstlərinə günahdan təmizləyən su çilə. Qoy bütün bədənlərini ülgüclə qırxıb paltarlarını yusunlar və beləcə paklansınlar.+  Sonra cavan bir buğa+ və onunla birlikdə təqdim olunan, narın una yağ qatılaraq yoğrulmuş taxıl təqdiməsi+ götürsünlər. Sən isə günah qurbanı üçün başqa bir cavan buğa götür.+  Lavililəri Hüzur çadırının qarşısına gətir və bütün İsrail icmasını da ora topla.+ 10  Lavililər Yehovanın önünə gələndə israillilər əllərini onların başına qoymalıdırlar.+ 11  Harun lavililəri israillilərdən alınmış yellətmə təqdiməsi+ kimi Yehovaya təqdim etməlidir. Onlar Yehovaya xidmət etməklə məşğul olacaqlar.+ 12  Lavililər əllərini buğaların başına qoyub lavililərin kəffarəsini vermək üçün buğalardan birini günah qurbanı kimi, digərini isə yandırma qurbanı kimi Yehovaya təqdim etsinlər.+ 13  Lavililəri Harunun və oğullarının qarşısına gətir və onları yellətmə təqdiməsi kimi Yehovaya təqdim et. 14  Lavililəri israillilərdən ayır. Onlar Mənə məxsus olacaqlar.+ 15  Bundan sonra lavililər Hüzur çadırında xidmət etməyə başlayacaqlar. Onları bu cür paklamalı və yellətmə təqdiməsi kimi təqdim etməlisən. 16  Çünki onlar israillilərin arasından Mənə verilmiş kəslərdir. Onları israillilərin bütün ilkinlərinin+ yerinə Özümə götürürəm. 17  İsraillilərin bütün ilkinləri, həm insanların ilk övladı, həm də heyvanların birinci balası Mənimdir.+ Misir diyarındakı bütün ilkinləri qıranda onları Özüm üçün ayırdım.+ 18  İsraillilərin bütün ilkinlərinin yerinə lavililəri götürürəm. 19  Onları israillilərdən ayırıb Harunla oğullarına verirəm. Lavililər israillilərin adından Hüzur çadırında xidmət etməli+ və israillilər üçün kəffarə verməlidirlər ki, israillilər müqəddəs məkana yaxınlaşdıqları üçün bəlaya düçar olmasınlar».+ 20  Musa, Harun və bütün İsrail icması lavililərlə bağlı hər şeyi yerinə yetirdilər. İsraillilər Yehovanın lavililərlə bağlı Musaya verdiyi bütün əmrləri icra etdilər. 21  Lavililər paklandılar və paltarlarını yudular.+ Harun onları Yehovanın önündə yellətmə təqdiməsi kimi təqdim etdi+ və onları paklamaq üçün kəffarələrini verdi.+ 22  Bundan sonra lavililər Harunla oğullarının önündə xidmətlərini icra etmək üçün Hüzur çadırına gəldilər. Yehova lavililərlə bağlı Musaya nə əmr etmişdisə, hamısı yerinə yetirildi. 23  Yehova Musaya dedi: 24  «Lavililərə aid belə göstəriş verirəm: lavili iyirmi beş yaşından başlayaraq, Hüzur çadırında xidmət edənlərə qoşulmalıdır. 25  Əlli yaşdan sonra isə xidmətdən azad olmalı, daha xidmət etməməlidir. 26  O, Hüzur çadırında vəzifələrini icra edən qardaşlarına kömək edə bilər, amma orada xidmət edə bilməz. Lavililərin vəzifələrini bu cür nizamla».+

Haşiyələr