Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 7:1—89

MÜNDƏRİCAT

  • Çadırın açılışında gətirilən bəxşişlər (1—89)

7  Musa Müqəddəs çadırı qurub qurtardığı gün+ onu və içindəki bütün avadanlığı, qurbangahı və onun bütün ləvazimatını məsh edib müqəddəs etdi.+ Onları məsh edib müqəddəs edən vaxt+  hər biri öz nəslində başçı olan İsrail ağsaqqalları+ bəxşişlər gətirdilər. Siyahıyaalmaya nəzarət edən bu qəbilə başçıları  iki nəfərə 1 araba, adambaşına 1 öküz olmaqla Yehovanın önünə 6 üstü örtülü araba və 12 öküz gətirdilər. Bütün bunları Müqəddəs çadırın önündə təqdim etdilər.  Onda Yehova Musaya dedi:  «Bu şeyləri onlardan qəbul et, çünki Hüzur çadırında ibadət zamanı bunlar lazım olacaq. Onları lavililərə ver, hər kəsə işində gərək olacaq şeyi ver».  Musa arabaları və heyvanları alıb lavililərə verdi.  Hirsən oğullarına vəzifələrini icra etmək üçün 2 araba və 4 öküz,+  Merar oğullarına vəzifələrini icra etmək üçün 4 araba və 8 öküz verdi. Onlara kahin Harunun oğlu İsamar rəhbərlik edirdi.+  Kəhat oğullarına isə heç nə vermədi, çünki onlar müqəddəs məkanda işlənən əşyaları çiyinlərində daşıyırdılar.+ 10  Qurbangah məsh olunanda başçılar onun açılışı üçün bəxşişlər gətirdilər.+ Onlar bəxşişlərini qurbangahın qabağına gətirəndə 11  Yehova Musaya dedi: «Qoy qurbangahın açılışı üçün gündə bir başçı növbə ilə öz bəxşişini gətirsin». 12  Birinci gün Yəhuda qəbiləsindən olan Əminədab oğlu Nəhsun+ bəxşişini gətirdi. 13  Onun gətirdiyi bəxşişlər bunlar idi: müqəddəs məkan şekeli+ ilə 130 şekel* ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 14  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 15  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1  erkək toğlu; 16  günah qurbanı+ üçün 1 cavan keçi; 17  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Əminədab oğlu Nəhsunun+ bəxşişi idi. 18  İkinci gün Yəsakir qəbiləsinin başçısı, Suar oğlu Nəsnail+ bəxşişini gətirdi. 19  Onun gətirdiyi bəxşişlər bunlar idi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 20  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 21  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 22  günah qurbanı+ üçün 1 cavan keçi; 23  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Suar oğlu Nəsnailin bəxşişi idi. 24  Üçüncü gün Zəbulun oğullarının başçısı Hilun oğlu Əlyab+ 25  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 26  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 27  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 28  günah qurbanı+ üçün 1 cavan keçi; 29  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Hilun oğlu Əlyabın+ bəxşişi idi. 30  Dördüncü gün Rubən oğullarının başçısı, Şəduir oğlu Əlisur+ 31  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 32  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 33  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 34  günah qurbanı+ üçün 1 cavan keçi; 35  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Şəduir oğlu Əlisurun+ bəxşişi idi. 36  Beşinci gün Şəmun oğullarının başçısı, Surişədday oğlu Şəlumuil+ 37  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 38  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 39  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 40  günah qurbanı+ üçün 1 cavan keçi; 41  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Surişədday oğlu Şəlumuilin+ bəxşişi idi. 42  Altıncı gün Cad oğullarının başçısı Dəil oğlu Əlyasəf+ 43  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 44  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 45  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 46  günah qurbanı+ üçün 1 cavan keçi; 47  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Dəil oğlu Əlyasəfin+ bəxşişi idi. 48  Yeddinci gün Əfraim oğullarının başçısı Amihud oğlu Əlşama+ 49  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 50  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 51  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 52  günah qurbanı+ üçün 1 cavan keçi; 53  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Amihud oğlu Əlşamanın+ bəxşişi idi. 54  Səkkizinci gün Mənəssə oğullarının başçısı, Fədhəsur oğlu Qəmlail+ 55  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 56  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 57  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 58  günah qurbanı+ üçün 1 cavan keçi; 59  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Fədhəsur oğlu Qəmlailin+ bəxşişi idi. 60  Doqquzuncu gün Binyamin oğullarının başçısı, Gidoni oğlu Abidan+ 61  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 62  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 63  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 64  günah qurbanı+ üçün 1 cavan keçi; 65  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Gidoni oğlu Abidanın+ bəxşişi idi. 66  Onuncu gün Dan oğullarının başçısı Amişədday oğlu Əxyəzər+ 67  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 68  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 69  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 70  günah qurbanı+ üçün 1 cavan keçi; 71  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Amişədday oğlu Əxyəzərin+ bəxşişi idi. 72  On birinci gün Aşir oğullarının başçısı, Öhrən oğlu Fəqail+ 73  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 74  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 75  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 76  günah qurbanı+ üçün 1 cavan keçi; 77  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Öhrən oğlu Fəqailin+ bəxşişi idi. 78  On ikinci gün Niftalı oğullarının başçısı, Ehnan oğlu Əxira+ 79  bu bəxşişləri gətirdi: müqəddəs məkan şekeli+ ilə 130 şekel ağırlığında 1 gümüş nimçə, 70 şekel ağırlığında 1 gümüş kasa (ikisi də taxıl təqdiməsi üçün narın una yağ qatılıb yoğrulmuş xəmirlə dolu idi);+ 80  buxurla dolu 10 şekel ağırlığında qızıl cam; 81  yandırma qurbanı+ üçün 1 cavan buğa, 1 qoç və 1 erkək toğlu; 82  günah qurbanı+ üçün 1 cavan keçi; 83  ünsiyyət qurbanı+ üçün 2 buğa, 5 qoç, 5 təkə və 5 erkək toğlu. Bunlar Ehnan oğlu Əxiranın+ bəxşişi idi. 84  Qurbangah məsh olunanda İsrail başçılarının onun açılışı+ üçün gətirdiyi bəxşişlər bunlar idi: 12 gümüş nimçə, 12 gümüş kasa, 12 qızıl cam.+ 85  Gümüş nimçələrin hər biri 130 şekel ağırlığında, kasaların hər biri 70 şekel ağırlığında idi. Gümüş qabların ümumi çəkisi müqəddəs məkan şekeli+ ilə 2400 şekelə bərabər idi. 86  Buxurla dolu 12 qızıl cam. Onların hər biri müqəddəs məkan şekeli ilə 10 şekel ağırlığında idi. Camların qızılının ümumi çəkisi 120 şekelə bərabər idi. 87  Yandırma qurbanı kimi təqdim etmək üçün heyvanlar: 12 buğa, 12 qoç, 12 erkək toğlu və onlarla birlikdə təqdim olunan taxıl təqdiməsi. Günah qurbanı üçün 12 cavan keçi. 88  Ünsiyyət qurbanı kimi təqdim etmək üçün heyvanlar: 24 buğa, 60 qoç, 60 təkə, 60 erkək toğlu. Bunlar qurbangah məsh olunanda onun açılışı üçün gətirilən bəxşişlər idi.+ 89  Hər dəfə Musa Allahla danışmaq+ üçün Hüzur çadırına girəndə Şəhadət sandığının qapağının+ üstündən ona xitab edən səs eşidirdi. Allah iki kərrubun+ arasından onunla danışırdı.

Haşiyələr

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.