Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 4:1—49

MÜNDƏRİCAT

  • Kəhat oğullarının xidməti (1—20)

  • Hirsən oğullarının xidməti (21—28)

  • Merar oğullarının xidməti (29—33)

  • Siyahıya alınanların ümumi sayı (34—49)

4  Yehova Musa ilə Haruna dedi:  «Lavililərdən olan Kəhat oğullarının+ ailələrinə və nəsillərinə görə siyahısını tutmaq lazımdır.  Otuz+ yaşdan əlli+ yaşadək olanlar, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısı qeydə alınmalıdır.+  Kəhat oğullarının Hüzur çadırındakı xidməti son dərəcə müqəddəsdir.+ Onların xidməti bundan ibarətdir:  yola düşmək vaxtı gələndə Harun və oğulları arakəsmə pərdəni çıxardıb+ Şəhadət sandığının+ üstünə örtsünlər.  Onun üstündən suiti dərisindən olan örtük, onun da üstündən mavi örtük salsınlar, sonra sandığın şüvüllərini+ halqalardan keçirsinlər.  Hüzur çörəyi üçün olan masanın üstünə mavi örtük salsınlar,+ üstünə nimçələri, camları, kasaları və şərab təqdiməsi tökmək üçün olan dolçaları qoysunlar;+ gündəlik çörək təqdiməsi həmişə masanın üstündə olmalıdır.+  Bütün bunların üstünü al-qırmızı parça ilə örtsünlər, onun da üstündən suiti dərisindən olan örtük salsınlar; masanın şüvüllərini+ halqalardan keçirsinlər.  Mavi örtük götürüb çıraqdanın+, onun çıraqlarının+, maşalarının, xəkəndazlarının+ və çıraq yağı üçün olan bütün qabların üstünə örtsünlər. 10  Onlar çıraqdanı və onun bütün avadanlığını suiti dərisindən olan örtüyə büküb xərəyə qoysunlar. 11  Həmçinin qızıl qurbangahın+ üstünə mavi örtük salsınlar, onun da üstündən suiti dərisindən olan örtük örtsünlər və şüvülləri+ halqalara taxsınlar. 12  Müqəddəs məkanda istifadə etdikləri bütün avadanlıqları+ götürüb mavi örtüyə büksünlər, üstündən də suiti dərisindən olan örtük salıb xərəyə qoysunlar. 13  Onlar qurbangahın külünü təmizləyib+ üstünü bənövşəyi parça ilə örtsünlər. 14  Onun üstünə qurbangahın yanında xidmət edərkən işlədilən bütün avadanlığı — xəkəndazları, yabaları, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını qoysunlar.+ Onların üstünə suiti dərisindən olan örtük salsınlar və qurbangahın şüvüllərini+ halqalara keçirsinlər. 15  Yola düşmək vaxtı gələndə Harunla oğulları müqəddəs məkanın əşyalarının və onun bütün avadanlığının üstünü örtüb+ qurtarandan sonra Kəhat oğulları gəlib onu daşısınlar.+ Ancaq onlar müqəddəs məkanın əşyalarına toxunmamalıdırlar, əks halda, öləcəklər.+ Kəhat oğulları Hüzur çadırına aid olan bu şeylərə cavabdehdirlər. 16  Kahin Harunun oğlu Əlyazar+ çıraqdanın yağına,+ ətirli buxura,+ gündəlik taxıl təqdiməsinə və məsh yağına+ cavabdehdir. O, bütün Müqəddəs çadıra və onun içindəkilərə: çadırın özünə və onun avadanlığına baxmalıdır». 17  Bundan sonra Yehova Musa ilə Haruna belə dedi: 18  «Qoymayın ki, kəhatlıların tayfası+ lavililərin içindən yox olub getsin. 19  Son dərəcə müqəddəs olan şeylərə yaxınlaşdıqları üçün ölməsinlər deyə, belə edin:+ Harunla oğulları gəlib hər birinə tapşırıq verməli və nə daşıyacağını söyləməlidir. 20  Onlar içəri girməməli və gözucu da olsa müqəddəs şeylərə baxmamalıdırlar, yoxsa öləcəklər».+ 21  Sonra Yehova Musaya dedi: 22  «Hirsən oğullarını+ nəsillərinə və ailələrinə görə siyahıya almaq lazımdır. 23  Otuz yaşdan əlli yaşadək olanlar, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısı qeydə alınmalıdır. 24  Hirsənlilərin ailələrinin cavabdeh olduğu və daşıyacaqları şeylər bunlardır:+ 25  onlar Müqəddəs çadırın alt örtüyünü,+ Hüzur çadırını, onun örtüyünü və ən üstdən salınan suiti dərisindən olan örtüyü,+ Hüzur çadırının giriş pərdəsini,+ 26  həyətin parça çəpərini+, Müqəddəs çadırı və qurbangahı dövrələyən həyətin giriş pərdəsini+, iplərini və xidmət zamanı işlədilən bütün avadanlıqları daşısınlar. Bu, onların işidir. 27  Hirsənlilərin+ bütün işlərinə və daşıdıqları yüklərə Harunla oğulları nəzarət edəcəklər. Bütün bu şeylərə görə cavabdehliyi hirsənlilərin üzərinə qoy. 28  Bu, Hirsən oğullarının ailələrinin Hüzur çadırında icra etməli olduqları xidmətdir.+ Onlar kahin Harunun oğlu İsamarın+ rəhbərliyi altında xidmət edəcəklər. 29  Merarın oğullarını+ ailələrinə və nəsillərinə görə siyahıya al. 30  Otuz yaşdan əlli yaşadək olanları, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısını qeydə al. 31  Onların Hüzur çadırındakı xidmətinə bu şeyləri daşımaq daxildir:+ Müqəddəs çadırın çərçivələrini+, şüvülləri+, sütunları+, oyuqlu altlıqları,+ 32  həyətin dirəklərini+, onların oyuqlu altlıqlarını+, mıxları+, ipləri, eləcə də bunların bütün ləvazimatını. Həmçinin bunlarla bağlı bütün işləri görməlidirlər. Hər kəsi adbaad çağırıb müəyyən avadanlığı daşımağa cavabdeh təyin elə. 33  Merar oğullarının ailələri+ kahin Harunun oğlu İsamarın rəhbərliyi altında Hüzur çadırında bu xidməti icra etməlidirlər».+ 34  Musa, Harun və icmanın başçıları+ Kəhat oğullarını+ ailələrinə və nəsillərinə görə siyahıya aldı. 35  Otuz yaşdan əlli yaşadək olanlar, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısı qeydə alındı.+ 36  Ailəsinə görə siyahıya alınanların ümumi sayı 2750 nəfər oldu.+ 37  Bunlar Kəhat ailəsindən siyahıya alınanlar, Hüzur çadırında xidmət edənlər idi. Musa ilə Harun Yehovanın Musa vasitəsilə verdiyi əmrə görə, onları qeydə aldı.+ 38  Hirsən oğulları+ ailələrinə, nəsillərinə görə qeydə alındı. 39  Otuz yaşdan əlli yaşadək olanlar, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısı qeydə alındı. 40  Ailəsinə və nəslinə görə siyahıya alınanların ümumi sayı 2630 nəfər oldu.+ 41  Bunlar Hirsən oğullarının ailələrindən siyahıya alınanlar, Hüzur çadırında xidmət edənlər idi. Musa ilə Harun Yehovanın əmrilə onları qeydə aldı.+ 42  Merar oğulları ailələrinə, nəsillərinə görə qeydə alındı. 43  Otuz yaşdan əlli yaşadək olanlar, Hüzur çadırında xidmət etməyə təyin olunanların hamısı qeydə alındı.+ 44  Ailəsinə və nəslinə görə siyahıya alınanların ümumi sayı 3200 nəfər oldu.+ 45  Bunlar Yehovanın Musa vasitəsilə verdiyi əmrə görə, Musa ilə Harunun Merar oğullarının ailələrindən siyahıya aldıqları idi.+ 46  Musa, Harun və İsrailin başçıları bütün bu lavililəri ailəsinə və nəslinə görə qeydə aldılar. 47  Onların yaşı otuzdan əlliyə kimi idi və hamısı xidmət etməyə və Hüzur çadırı ilə bağlı əşyaları daşımağa təyin olunmuşdular.+ 48  Siyahıya alınanların ümumi sayı 8580 nəfər idi.+ 49  Onlar Yehovanın Musa vasitəsilə verdiyi əmrə əsasən, hər biri öz xidmətinə, təyinatına görə qeydə alındı. Yehovanın Musaya əmr etdiyi kimi, onlar qeydə alındılar.

Haşiyələr