Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 35:1—34

MÜNDƏRİCAT

  • Lavililərə verilən şəhərlər (1—8)

  • Sığınacaq şəhərlər (9—34)

35  Yehova Əriha yaxınlığında, İordan sahilindəki Muab çöllüyündə+ Musa ilə danışıb dedi:  «İsraillilərə əmr et ki, irs alacaqları mülkdən lavililərə şəhərlər versinlər.+ O şəhərlərin ətrafındakı otlaqları da onlara versinlər.+  Lavililər bu şəhərlərdə yaşayacaq, otlaqlar isə mal-qaralarını otarıb saxlamaq və bütün başqa heyvanları üçün olacaq.  Lavililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar hər tərəfdən şəhər divarından 1000 qulac* uzanmalıdır.  Şəhər ortada olmaqla şəhərin şərq, cənub, qərb və şimal tərəfində otlaqlar üçün 2000 qulac ölçün. Bu, onların şəhərlərinin otlaqları olacaq.  Lavililərə verəcəyiniz şəhərlər adam öldürənin qaçıb sığınacağı 6 sığınacaq şəhər,+ üstəgəl, 42 başqa şəhər olacaq.  Onlara otlaqları ilə birlikdə cəmi 48 şəhər verməlisiniz.+  Lavililərə ayrılan şəhərlər israillilərin mülkündən götürülməlidir,+ sayı çox olanlardan çox şəhər, az olanlardan az şəhər;+ hər qəbilə aldığı mülkə görə şəhər verməlidir».  Yehova Musaya dedi: 10  «İsraillilərə belə de: “İordanı keçib Kənan diyarına girmək üzrəsiniz.+ 11  Bilmədən adam öldürənin sığınması üçün əlverişli yerlərdə sığınacaq şəhərlər ayırın.+ 12  Adam öldürən icma qarşısında mühakimə edilənədək öldürülməsin+ deyə, bu şəhərlərə qaçıb qisasçıdan gizlənə bilər.+ 13  Həmin şəhərlər, 6 sığınacaq şəhər bu məqsədə xidmət edəcək. 14  Şəhərlərin üçü İordanın bu tayında,+ üçü isə Kənan diyarında+ olmalıdır. Bunlar sığınacaq şəhərlər olacaq. 15  Həm israillilərdən, həm yadellilərdən+, həm də gəlmələrdən kimsə bilmədən adam öldürərsə, qaçıb bu altı şəhərdən birinə sığına bilər.+ 16  Amma kimsə kimisə dəmir alətlə vurub öldürübsə, o, qatil sayılır. Qatil hökmən öldürülməlidir.+ 17  Əgər adamı daşla* vurub öldürübsə, o, qatil sayılır. Qatil hökmən öldürülməlidir. 18  Adamı taxta alətlə* vurub öldürübsə, o, yenə də qatil sayılır. Qatil hökmən öldürülməlidir. 19  Qatili ölənin intiqamçısı öldürməlidir. Onu harada tutsa öldürməlidir. 20  Əgər adamı nifrət etdiyi üçün itələyib və ya qəsdən ona sarı nə isə atıb,+ 21  yaxud nifrət etdiyi üçün əli ilə vurub öldürübsə, o, hökmən öldürülməlidir. O, qatildir. Ölənin intiqamçısı onu harada tutsa öldürməlidir. 22  Əgər kimsə kimisə ədavət bəslədiyinə görə deyil, təsadüfən itələyib və ya heç bir qərəzi olmadan ona tərəf nə isə atıb,+ 23  yaxud görməyib onun üstünə əlindən daş salıb öldürübsə, əgər ona düşmən deyildisə və ona zərər yetirmək qəsdində olmayıbsa, 24  icma əlindən xəta çıxan adamla intiqamçının işinə baxanda bütün bunları nəzərə alaraq hökm çıxarmalıdır.+ 25  İcma adam öldürəni intiqamçının əlindən qurtarmalı və sığındığı sığınacaq şəhərə qaytarmalıdır. Həmin adam müqəddəs yağla məsh olunan+ baş kahin ölənəcən orada yaşamalıdır. 26  Amma adam öldürən sığındığı şəhərin hüdudlarından kənara çıxar, 27  intiqamçı da sığınacaq şəhərdən kənarda onu tutub öldürərsə, onun qanı batacaq. 28  Çünki adam öldürən baş kahinin ölümünə qədər sığınacaq şəhərdə yaşamalıdır. Baş kahinin ölümündən sonra isə öz yurduna qayıda bilər.+ 29  Yaşadığınız hər yerdə siz də, bütün gələcək nəsilləriniz də bu qanunlar əsasında hökm etməlisiniz. 30  Adam öldürən kəs şahidlərin+ ifadəsi əsasında qatil bilinib öldürülməlidir.+ Lakin heç kim bir nəfərin şahidliyi ilə öldürülməməlidir. 31  Ölümə layiq qatil üçün fidyə almamalısınız, o, hökmən öldürülməlidir.+ 32  Həmçinin sığınacaq şəhərə qaçan adamdan fidyə alıb ona baş kahinin ölümündən əvvəl yurduna qayıtmağa icazə verməyin. 33  Yaşadığınız torpağı murdarlamayın, çünki tökülən qan torpağı murdar edir.+ Torpağa tökülən qan üçün bu qanı tökən adamın qanından başqa heç nə kəffarə ola bilməz.+ 34  Yaşadığınız məmləkəti, Mənim də məskun olduğum bu məmləkəti murdarlamayın, çünki Mən Yehova İsrail xalqının arasında yaşayıram”».+

Haşiyələr

445 m. B14 əlavəsinə bax.
Hərfən: adam öldürə biləcək daşla.
Hərfən: adam öldürə biləcək taxta alətlə.