Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 33:1—56

MÜNDƏRİCAT

  • İsraillilərin səhradakı səfərinin icmalı (1—49)

  • Kənanı istila göstərişləri (50—56)

33  Musa ilə Harunun rəhbərliyi altında Misirdən+ dəstə-dəstə*+ çıxanda israillilərin yolu bu yerlərdən keçmişdi.+  Musa Yehovanın əmri ilə səfər boyunca onların dayanıb yola çıxdıqları yerləri qeyd edirdi. Onların bir yerdən çıxıb digərinə gedərək mərhələ-mərhələ etdikləri səfər budur:+  birinci ayın on beşinci günü+ onlar Ramsesdən+ çıxdılar. Pasxanın+ səhərisi gün israillilər bütün misirlilərin gözü qarşısında zəfərlə yola düşdülər.  Misirlilər isə bu vaxt Yehovanın öldürdüyü ilkinləri+ basdırırdılar, çünki Yehova onların allahlarının üzərində Öz hökmünü icra etmişdi.+  Beləcə, israillilər Ramsesdən çıxıb Suqqutda+ düşərgə saldılar.  Suqqutdan çıxıb səhranın kənarındakı Etamda düşərgə saldılar.+  Sonra Etamdan çıxıb geriyə, Baal-Səfyunla+ üzbəüz olan Fəhiyruta tərəf döndülər və Miqdolda düşərgə saldılar.+  Bundan sonra Fəhiyrutdan yola düşdülər, Qırmızı dənizdən keçib+ səhraya+ çıxdılar və üç gün Etam səhrası+ ilə yol gedib Marahda+ düşərgə saldılar.  Marahdan çıxıb Elimə gəldilər. Elimdə on iki bulaq və yetmiş xurma ağacı var idi. Orada düşərgə saldılar.+ 10  Sonra Elimdən çıxıb Qırmızı dənizin sahilində düşərgə saldılar. 11  Qırmızı dənizin sahilindən çıxıb Tih səhrasında+ düşərgə saldılar. 12  Tih səhrasından çıxıb Düfgahda düşərgə saldılar. 13  Düfgahdan çıxıb Aluşda düşərgə saldılar. 14  Aluşdan çıxıb Rəfdimdə düşərgə saldılar.+ Orada xalq üçün içməyə su yox idi. 15  Sonra onlar Rəfdimdən çıxıb Sina səhrasında+ düşərgə saldılar.  16  Sina səhrasından çıxıb Həbrut-Həttəvada+ düşərgə saldılar. 17  Həbrut-Həttəvadan çıxıb Həseyrutda+ düşərgə saldılar. 18  Həseyrutdan çıxıb Rütmədə düşərgə saldılar. 19  Rütmədən çıxıb Rimmun-Farəsdə düşərgə saldılar. 20  Rimmun-Farəsdən çıxıb Libnada düşərgə saldılar. 21  Libnadan çıxıb Rissahda düşərgə saldılar. 22  Rissahdan çıxıb Qeheylatda düşərgə saldılar. 23  Qeheylatdan çıxıb Səfər dağının yanında düşərgə saldılar. 24  Sonra Səfər dağından çıxıb Xaradda düşərgə saldılar. 25  Xaraddan çıxıb Mahilutda düşərgə saldılar. 26  Mahilutdan çıxıb+ Tahatda düşərgə saldılar. 27  Tahatdan çıxıb Tarixdə düşərgə saldılar. 28  Tarixdən çıxıb Mitgahda düşərgə saldılar. 29  Mitgahdan çıxıb Həşmunda düşərgə saldılar. 30  Həşmundan çıxıb Məsirutda düşərgə saldılar. 31  Məsirutdan çıxıb Bəni-Yaqanda+ düşərgə saldılar. 32  Bəni-Yaqandan çıxıb Hur-Həqidqədə düşərgə saldılar. 33  Hur-Həqidqədən çıxıb Yütbətdə+ düşərgə saldılar. 34  Yütbətdən çıxıb Abrunda düşərgə saldılar. 35  Abrundan çıxıb Əzyun-Qəbərdə+ düşərgə saldılar. 36  Əzyun-Qəbərdən çıxıb Sin səhrasında+, yəni Qədisdə düşərgə saldılar. 37  Sonra Qədisdən çıxıb Ədum diyarının sərhədindəki Hur dağının yanında düşərgə saldılar.+ 38  Yehovanın əmri ilə kahin Harun Hur dağına qalxdı və israillilərin Misirdən çıxmalarının qırxıncı ilinin beşinci ayının birinci günündə orada ömrünü başa vurdu.+ 39  Hur dağında dünyadan köçəndə Harun yüz iyirmi üç yaşında idi. 40  Kənan diyarında, Negevdə yaşayan kənani Arad padşahı+ israillilərin gəldiyini eşitdi. 41  Bir müddət sonra israillilər Hur dağından çıxıb+ Səlmunda düşərgə saldılar. 42  Səlmundan çıxıb Fənunda düşərgə saldılar. 43  Sonra Fənundan çıxıb Uvutda+ düşərgə saldılar. 44  Uvutdan çıxıb Muabla+ həmsərhəd olan Əyye-Əvarimdə* düşərgə saldılar. 45  Əyyimdən çıxıb Dibun-Cadda+ düşərgə saldılar. 46  Dibun-Caddan çıxıb Əlmun-Diblətayimdə düşərgə saldılar. 47  Əlmun-Diblətayimdən çıxıb Nəba dağının+ qarşısında Abarim dağlarında+ düşərgə saldılar. 48  Axırda Abarim dağlarından çıxıb Əriha yaxınlığında, İordan sahilindəki Muab çöllüyündə düşərgə saldılar.+ 49  Onlar İordan boyunca uzanan Muab çöllüyündə Beyt-Yəşimutdan tutmuş Abil-Şittimədək+ düşərgə salmışdılar. 50  Yehova Əriha yaxınlığında, İordan sahilindəki Muab çöllüyündə Musa ilə danışıb dedi: 51  «İsraillilərə belə de: “Siz İordanı keçib Kənan diyarına girmək üzrəsiniz.+ 52  Ölkənin bütün sakinlərini qarşınızdan qovun. Onların bütün oyma daşlarını+ və tökmə bütlərini+ məhv edin, səcdəgahlarını* darmadağın edin.+ 53  Siz torpağa sahib olub orada yaşayacaqsınız, çünki Mən oranı sizə mülk olaraq verəcəyəm.+ 54  Püşk atıb+ torpağı ailələriniz arasında bölüşdürün. Sayı çox olanların torpaq payı böyük, sayı az olanlarınkı kiçik olmalıdır.+ Hər kəs püşklə ona düşən yerdə torpaq payı alacaq. Mülkünüzü atalarınızın qəbiləsinə görə alacaqsınız.+ 55  Əgər ölkənin sakinlərini qarşınızdan qovmasanız,+ ölkədə qalanlar sizə göz dağı olacaqlar, böyrünüzü tikan kimi dələcəklər, yaşadığınız ölkədə sizə göz verib işıq verməyəcəklər.+ 56  Mən isə onların başına gətirmək istədiyimi sizin başınıza gətirəcəyəm”».+

Haşiyələr

Hərfən: qoşun-qoşun.
45-ci ayədə Əyyim.
Hərfən: yüksəkliklərini.