Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 32:1—42

MÜNDƏRİCAT

  • İordanın şərqində qalan qəbilələr (1—42)

32  Rubən+ və Cad oğullarının+ çoxlu mal-heyvanı var idi. Onlar gördülər ki, Yazir+ və Gilad torpaqları heyvan saxlamaq üçün yararlıdır.  Buna görə Musanın, kahin Əlyazarın və icma ağsaqqallarının yanına gəlib dedilər:  «Atarot, Dibun, Yazir, Nimrah, Həşbun+, İlal, Şəbəm, Nəba+, Bəun torpaqları,+  Yehovanın İsrail icmasının qarşısında məğlub etdiyi xalqların+ torpaqları heyvan saxlamaq üçün çox əlverişlidir. Biz qullarının da ki heyvanı çoxdur.+  Əgər məqbul bilirsənsə, qullarına bu torpağı mülk ver. Bizi İordanın o tayına keçirmə».  Musa Cad və Rubən oğullarına dedi: «Qardaşlarınız müharibəyə gedəcək, siz isə özünüz üçün burada rahat yaşayacaqsınız?  Nə üçün İsrail camaatını həvəsdən salırsınız, qoymursunuz Yehovanın verəcəyi diyara getsinlər?  Atalarınızı Qədis-Barnidən o diyara baxmaq üçün göndərəndə elə onlar da belə etmişdilər.+  Əşqul vadisinə+ gedib oranı görəndə İsrail camaatını ruhdan saldılar və onlar Yehovanın verəcəyi torpağa getmək istəmədilər.+ 10  Həmin gün Yehova qəzəblənib and içdi:+ 11  “Misirdən çıxanlardan yaşı iyirmi və iyirmidən yuxarı olanların heç biri İbrahimə, İshaqa və Yaquba and içdiyim+ diyarı görməyəcək,+ onlar Mənə bütün qəlbləri ilə itaət etmədilər. 12  Təkcə qənazlı Yufənna oğlu Kalib+ və Nun oğlu Yuşə+ oranı görəcək, çünki onlar bütün qəlbləri ilə Yehovaya itaət etdilər+”. 13  Bəli, Yehovanın İsrailə qəzəbi tutdu və onları qırx il+ səhrada sərgərdan dolaşdırdı, ta o vaxta qədər ki, Yehovanın gözündə bədəməl olan nəsil qırıldı+. 14  İndi, siz, günahkarların belindən gələnlər, atalarınızın yerini tutub Yehovanın İsrailə olan qəzəbini daha da artırırsınız. 15  Əgər Onun itaətindən çıxsanız, O, yenə də xalqı səhrada dolaşdıracaq. Bu hərəkətinizlə siz bütün bu camaatın axırına çıxacaqsınız». 16  Üstündən bir qədər keçəndən sonra onlar Musaya yaxınlaşıb dedilər: «İzin ver, burada heyvanlarımız üçün daş ağıllar tikək, övladlarımız üçün şəhərlər salaq. 17  Qoy onlar bu yerin sakinlərindən qorxub-hürkmədən möhkəm şəhərlərdə yaşasınlar. Biz isə döyüşməyə, israilliləri öz yerlərinə çatdıranacan onların önündə getməyə hazırıq.+ 18  İsraillilərin hər biri öz torpaq payını almayınca heç birimiz öz evimizə qayıtmayacağıq.+ 19  Həm də ki, torpaq payımızı İordanın bu tayında*+ aldığımızdan daha o biri tayda torpaq almayacağıq». 20  Musa onlara dedi: «Əgər əlinizə silah alıb Yehovanın hüzurunda müharibəyə getsəniz,+ 21  hər biriniz silahlanaraq Yehovanın hüzurunda İordanı keçsəniz və O, Öz düşmənlərini önündən qovanacan,+ 22  ölkə Yehovanın hüzurunda istila edilənəcən+ orada qalıb, sonra qayıtsanız,+ onda Yehovanın və İsrailin qarşısında günahsız olacaqsınız və bu torpaq Yehovanın rizası ilə sizin mirasınız olacaq.+ 23  Lakin belə etməsəniz, Yehovaya qarşı günah etmiş olacaqsınız. Və bilin ki, günahınız cəzasız qalmayacaq. 24  İndi isə uşaqlarınız üçün şəhərlər sala, heyvanlarınız üçün ağıllar tikə bilərsiniz,+ amma verdiyiniz sözü unutmayın». 25  Cad və Rubən oğulları Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edəcəyik. 26  Arvad-uşaqlarımız, mal-heyvanımız burada, Gilad şəhərlərində qalacaq,+ 27  amma qulların, Yehovanın önündə müharibəyə getmək üçün silahlanmış hər kəs, ağamız deyən kimi, o taya keçəcək».+ 28  Musa kahin Əlyazara, Nun oğlu Yuşəyə və İsrail qəbilələrinin nəsil başçılarına onlarla bağlı göstəriş verib 29  dedi: «Əgər Cad və Rubən oğulları, hamı bir nəfər kimi Yehovanın önündə döyüşmək üçün silahlanıb sizinlə bərabər İordanın o tayına keçsə, ölkə istila olunanda Gilad torpağını onlara mülk verərsiniz.+ 30  Yox əgər əllərinə silah alıb sizinlə getməsələr, onda sizinlə bir yerdə Kənan diyarında məskunlaşacaqlar». 31  Cad və Rubən oğulları cavab verib dedilər: «Yehova qullarına necə tapşırıbsa, elə də edəcəyik. 32  Əlimizə silah alıb Yehovanın önündə o taya, Kənan diyarına keçəcəyik,+ torpaq mülkümüz isə İordanın bu tayında olacaq». 33  Onda Musa onlara — Cad oğullarına, Rubən oğullarına+ və Yusifin oğlu Mənəssənin qəbiləsinin yarısına+ amorilərin padşahı Sihunun+ və Başan padşahı Oqun+ ölkəsini, yəni torpaqları ilə birlikdə o ərazilərdəki şəhərləri və məmləkətin ətraf şəhərlərini verdi. 34  Cad oğulları istehkamlı şəhərlər olan Dibun+, Atarot+, Aruir+, 35  Atrut-Şufən, Yazir+, Yoqbəhə+, 36  Beyt-Nimrah+ və Beyt-Haran+ şəhərlərini saldılar, sürüləri üçün daş ağıllar tikdilər. 37  Rubən oğulları Həşbun+, İlal+, Kiryataim+, 38  Nəba+, Baal-Məun+ (onların adını dəyişdilər) və Sibmah şəhərlərini bərpa etdilər. Onlar yenidən tikdikləri şəhərlərə başqa adlar verdilər. 39  Mənəssə oğlu Mahirin oğulları+ Gilada qarşı yürüş edib oranı tutdular və orada yaşayan amoriləri qovdular. 40  Musa Giladı Mənəssə oğlu Mahirin oğullarına verdi və onlar orada məskunlaşdı.+ 41  Mənəssə oğlu Yairin oğulları da hücum edib Giladın obalarını tutdular və adını Havvut-Yair* qoydular.+ 42  Nuba yürüş edib Kənatı və ətraf şəhərləri zəbt etdi. Oraya öz adını verib Nuba adlandırdı.

Haşiyələr

Yəni şərq tərəfində.
Mənası: Yairin çadır obaları.