Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 3:1—51

MÜNDƏRİCAT

  • Harunun oğulları (1—4)

  • Lavililər xidmət üçün ayrılır (5—39)

  • Artıq gələn ilkinlərin fidyəsi (40—51)

3  Yehova Musa ilə Sina dağında+ danışan vaxt Harunla Musanın nəsilləri bunlar idi.  Harunun oğullarının adı: ilki Nadab, Abihu+, Əlyazar+, İsamar+.  Bu, Harunun oğullarının, kahinliyə təyin olunmuş, məsh edilmiş kahinlərin adıdır.+  Nadabla Abihu Sina səhrasında Yehovaya yasaq od təqdim etdikləri vaxt Yehovanın önündə ölmüşdülər.+ Onların oğlu yox idi. Əlyazarla+ İsamar+ isə ataları Harunla birlikdə kahin kimi xidmət edirdilər.  Yehova Musaya dedi:  «Lavi qəbiləsini+ çağır kahin Harunun yanına gəlsinlər. Onlar onun qulluğunda duracaq,+  Müqəddəs çadırla bağlı işlərə baxacaqlar. Beləliklə də, Harunun və xalqın qarşısında daşıdıqları vəzifəni Hüzur çadırının yanında yerinə yetirəcəklər.  Onlar Hüzur çadırının bütün avadanlığına baxmalı+ və Müqəddəs çadırla bağlı işləri icra etməklə israillilər qarşısında daşıdıqları vəzifəni yerinə yetirməlidirlər.+  Lavililəri Harunla oğullarına ver. Onlar israillilərin arasından xidmət üçün ona verilən kəslərdir.+ 10  Harunla oğullarını kahinliyə təyin et ki, kahin vəzifəsini icra etsinlər.+ Kənar adamlardan kim müqəddəs məkana yaxınlaşsa, öldürülməlidir».+ 11  Yehova sözünə davam edib Musaya dedi: 12  «Mən lavililəri İsrail xalqı arasından xalqın ilk doğulan uşaqlarının yerinə seçirəm.+ Lavililər Mənim olacaq. 13  Çünki ilk doğulan uşaqlar Mənimdir.+ Misir torpağında bütün ilk doğulanları qıranda israillilərin ilk doğulan uşaqlarını,+ eləcə də heyvanlarının birinci balasını Özüm üçün müqəddəs olaraq ayırdım.+ Onlar Mənə məxsus olmalıdır. Mən Yehovayam». 14  Yehova Sina səhrasında+ Musaya belə dedi: 15  «Lavi oğullarını nəsillərinə, ailələrinə görə qeydə al. Bir aylıq və ondan yuxarı yaşda olanların hamısı qeydə alınmalıdır».+ 16  Musa Yehovanın əmri ilə onları qeydə aldı; necə əmr edilmişdisə, elə də etdi. 17  Lavinin oğulları bunlar idi: Hirsən, Kəhat, Merar.+ 18  Hirsənin oğulları Libni və Şimay idi. Onlardan törəyən ailələr onların adını daşıyırdı.+ 19  Kəhatın oğulları: İmran, İshar, Həbrun və Üzziil.+ Onlardan törəyən ailələr onların adını daşıyırdı. 20  Merarın oğulları Məhli+ və Muşi+ idi. Onlardan törəyən ailələr onların adını daşıyırdı. Bunlar nəsillərinə görə lavililərin ailələri idi. 21  Hirsəndən Libnililər+ və Şimaylılar ailəsi törədi. Bunlar Hirsənlilərin ailələri idi. 22  Kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan hər kəs qeydə alındı. Qeydə alınanların sayı 7500 nəfər oldu.+ 23  Hirsənlilərin ailələri Müqəddəs çadırın arxasında,+ qərb tərəfdə düşərgə salırdılar. 24  Hirsənlilərin nəsil başçısı Lail oğlu Əlyasəf idi. 25  Hirsən oğulları+ Hüzur çadırında çadırın özünə,+ onun alt və üst örtüyünə,+ Hüzur çadırının giriş pərdəsinə,+ 26  həyətin parça çəpərinə,+ çadırı və qurbangahı dövrələyən həyətin giriş pərdəsinə,+ iplərə və bunlarla bağlı bütün işlərə cavabdeh idilər. 27  Kəhatdan İmranlılar, İsharlılar, Həbrunlular, Üzziillilər ailəsi törədi. Bunlar Kəhatlıların ailələri idi.+ 28  Kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan hər kəs qeydə alındı. Qeydə alınanların sayı 8600 nəfər oldu. Onlar müqəddəs məkandakı işlərə cavabdeh idilər.+ 29  Kəhat oğullarının ailələri çadırın cənub tərəfində düşərgə salırdılar.+ 30  Kəhatlıların ailələrinin nəsil başçısı Üzziil oğlu Əlsəfan idi.+ 31  Onlar Şəhadət sandığına+, masaya+, çıraqdana+, qurbangahlara+, müqəddəs məkanda istifadə olunan avadanlıqlara+, pərdəyə+ və bunlarla bağlı işlərə cavabdeh idilər.+ 32  Lavililərin başçılarının başı Harunun oğlu kahin Əlyazar+ idi. O, müqəddəs məkandakı işlərə baxanlara nəzarət edirdi. 33  Merardan Məhlililər və Muşililər ailəsi törədi. Bunlar Merarın ailələri idi.+ 34  Kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan hər kəs qeydə alındı. Qeydə alınanların sayı 6200 nəfər oldu.+ 35  Merarın ailələrinin nəsil başçısı Abihail oğlu Süryal idi. Onlar çadırın şimal tərəfində düşərgə salırdılar.+ 36  Merar oğulları çadırın çərçivələrinə+, şüvüllərinə+, sütunlarına+, oyuqlu gümüş altlıqlarına, çadırın bütün avadanlığına+ və bunlarla bağlı işlərə,+ 37  həyətin ətrafındakı dirəklərə, onların oyuqlu altlıqlarına,+ mıx və iplərinə cavabdeh idilər. 38  Musa, Harun və onun oğulları Müqəddəs çadırın şərqə, gündoğana baxan qabaq tərəfində düşərgə salırdılar. Onlar israillilərin adından müqəddəs məkandakı işləri yerinə yetirirdilər. Kənar adamlardan müqəddəs məkana yaxınlaşan kəs öldürülməli idi.+ 39  Yehovanın əmri ilə Musa ilə Harun Lavi qəbiləsindən kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan hər kəsi ailəsinə görə qeydə aldı. Qeydə alınanların sayı 22 000 nəfər oldu. 40  Yehova Musaya dedi: «İsraillilərin içindən kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan bütün ilkinləri qeydə al.+ Onları say və adlarını siyahıya al. 41  İsraillilərin ilkinlərinin yerinə lavililəri,+ israillilərin heyvanlarının birinci balasının yerinə lavililərin heyvanlarını Mənim üçün ayır. Mən Yehovayam».+ 42  Musa Yehovanın əmr etdiyi kimi, israillilərin ilkinlərini siyahıya aldı. 43  Kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olan bütün ilkinlərin adları siyahıya alındı. Qeydə alınanların sayı 22 273 nəfər oldu. 44  Yehova Musaya dedi: 45  «İsraillilərin ilkinlərinin yerinə lavililəri, israillilərin heyvanlarının birinci balasının yerinə lavililərin heyvanlarını Mənim üçün ayır. Lavililər Mənə məxsus olmalıdır. Mən Yehovayam. 46  İsraillilərin lavililərdən 273 nəfər artıq olan ilkini üçün fidyə+ olaraq+ 47  adambaşına müqəddəs məkan şekeli ilə 5 şekel* al.+ Şekel 20 geraya* bərabərdir.+ 48  Pulu sayı artıq gələn adamların fidyəsi olaraq Haruna və oğullarına ver». 49  Beləliklə, Musa sayı lavililərdən artıq gələnlərin fidyə pulunu yığdı. 50  İsraillilərin ilkinlərindən müqəddəs məkan şekeli ilə 1365 şekel yığıldı. 51  Sonra Musa Yehovanın sözü ilə pulu Haruna və onun oğullarına verdi. Yehova necə demişdisə, Musa elə də etdi.

Haşiyələr

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
Gera 0,57 q-a bərabərdir. B14 əlavəsinə bax.