Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 29:1—40

MÜNDƏRİCAT

  • Müxtəlif qurbanlar üçün göstərişlər (1—40)

    • Kərənayla çağırılan müqəddəs toplantı üçün qurbanlar (1—6)

    • Kəffarə günü qurbanları (7—11)

    • Çardaqlar bayramı qurbanları (12—38)

29  Yeddinci ayın birinci günündə müqəddəs toplantı keçirin. Heç bir ağır iş görməyin.+ Həmin gün kərənay çalmalısınız.+  Yehovaya xoş ətir olsun deyə, yandırma qurbanı olaraq 1 cavan buğa, 1 qoç, 7 erkək toğlu təqdim etməlisiniz. Hamısı sağlam heyvan olmalıdır.  Onların yanında narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirilməlidir. Buğa üçün efanın onda üçü qədər, qoç üçün efanın onda ikisi qədər,  yeddi toğlunun hər biri üçün isə efanın onda biri qədər un götürün.  Həmçinin kəffarəniz üçün günah qurbanı olaraq 1 cavan təkə gətirin.  Bunlar qayda-qanuna uyğun olaraq gətirilən aylıq yandırma qurbanı ilə onun taxıl təqdiməsi,+ gündəlik yandırma qurbanı ilə onun taxıl təqdiməsi,+ eləcə də onların yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.   Yeddinci ayın onuncu günü müqəddəs toplantı keçirin+ və canınıza cəfa verin*. Heç bir iş görməyin.+  Ətri Yehovaya xoş olan yandırma qurbanı kimi 1 cavan buğa, 1 qoç və 7 erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+  Onların yanında narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirilməlidir. Buğa üçün efanın onda üçü qədər, qoç üçün efanın onda ikisi qədər, 10  yeddi toğlunun hər biri üçün isə efanın onda biri qədər un götürün. 11  Həmçinin günah qurbanı olaraq 1 cavan keçi gətirin. Bunlar kəffarə üçün gətirilən günah qurbanına,+ gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onların yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir. 12  Yeddinci ayın on beşinci günü müqəddəs toplantı keçirin. Heç bir ağır iş görməyin. Yeddi gün Yehovanın şərəfinə bayram keçirin.+ 13  Yandırma qurbanı+ — ətri Yehovaya xoş olan, odda yandırılan təqdimə kimi 13  cavan buğa, 2  qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 14  Onların yanında narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirilməlidir. On üç buğanın hər biri üçün efanın onda üçü qədər, iki qoçun hər biri üçün efanın onda ikisi qədər, 15  on dörd toğlunun hər biri üçün isə efanın onda biri qədər un götürün. 16  Həmçinin günah qurbanı olaraq 1 cavan keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 17  İkinci gün 12  cavan buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 18  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 19  Həmçinin günah qurbanı olaraq 1 cavan keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onların yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 20  Üçüncü gün 11  buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 21  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 22  Həmçinin günah qurbanı olaraq 1 keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 23  Dördüncü gün 10 buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 24  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 25  Həmçinin günah qurbanı olaraq 1 cavan keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 26  Beşinci gün 9 buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 27  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 28  Həmçinin günah qurbanı olaraq 1 keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 29  Altıncı gün 8 buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 30  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 31  Həmçinin günah qurbanı olaraq 1 keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 32  Yeddinci gün 7 buğa, 2 qoç və 14  baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 33  Buğalar, qoçlar və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 34  Həmçinin günah qurbanı olaraq 1 keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 35  Səkkizinci gün təntənəli məclis keçirin. Heç bir ağır iş görməyin.+ 36  Yandırma qurbanı — ətri Yehovaya xoş olan, odda yandırılan təqdimə kimi 1 buğa, 1 qoç və 7 baş erkək toğlu gətirin. Hamısı sağlam heyvan olmalıdır.+ 37  Buğa, qoç və toğlular üçün qayda-qanuna müvafiq olaraq, saylarına görə taxıl təqdiməsi və şərab təqdiməsi gətirin. 38  Həmçinin günah qurbanı olaraq 1 keçi gətirin. Bunlar gündəlik yandırma qurbanı ilə taxıl təqdiməsinə və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim edilməlidir.+ 39  Bunları yandırma qurbanı,+ taxıl təqdimələri,+ şərab təqdimələri+ və ünsiyyət qurbanları+ kimi təqdim etdiyiniz nəzirlərə+ və könüllü təqdimələrə+ əlavə olaraq bayramlarda+ Yehovaya təqdim etməlisiniz”». 40  Musa Yehovanın ona əmr etdiyi hər şeyi israillilərə çatdırdı.

Haşiyələr

Ehtimal ki, burada söhbət oruc və bu qəbil məhrumiyyətlərdən gedir.