Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 27:1—23

MÜNDƏRİCAT

  • Səlövhədin qızları (1—11)

  • Yuşə Musanın yerinə təyin olunur (12—23)

27  Yusifin oğlu Mənəssənin ailələrindən olan Səlövhədin beş qızı var idi.+ Səlövhəd Həfərin, Həfər Giladın, Gilad Mahirin, Mahir isə Mənəssənin oğlu idi. Bir gün Səlövhədin qızları Məhla, Nuhə, Həclə, Milqə və Tirzə  Hüzur çadırının girişinə, Musanın, kahin Əlyazarın, başçıların+ və bütün icmanın qarşısına gəlib dedilər:  «Atamız səhrada ölüb, ancaq o, Qarunun tərəfini tutub Yehovaya qarşı çıxanların arasında olmayıb,+ öz günahına görə ölüb. Atamızın oğlu olmayıb,  ancaq heç rəvadırmı ki, buna görə onun adı nəslinin arasından silinsin? Bizə də atamızın qardaşları ilə bərabər mülk verin».  Musa bu məsələ ilə bağlı Yehovaya müraciət etdi.+  Yehova Musaya dedi:  «Səlövhədin qızları haqlıdır. Atalarının qardaşları arasında onlara da miras olaraq mülk verilməlidir. Atalarının mirasını onlara ver.+  Bir də ki, israillilərə belə de: “Oğulsuz ölən adamın mülkü qızına miras verilməlidir.  Qızı yoxdursa, qardaşlarına, 10  qardaşları yoxdursa, atasının qardaşlarına, 11  yox əgər atasının da qardaşı yoxdursa, nəslindən olan ən yaxın qan qohumuna verilməlidir. Miras həmin kəsə qalmalıdır. Bu hökm israillilər üçün qanun olacaq. Yehova Musaya belə əmr edir”». 12  Bundan sonra Yehova Musaya dedi: «Abarimdəki bu dağa+ çıx və israillilərə verəcəyim diyarı seyr elə.+ 13  Oranı görəndən sonra qardaşın Harun kimi+ dünyadan köçüb ata-babalarına qovuşacaqsan*.+ 14  Çünki Sin səhrasında+ camaat Mənə qarşı qiyam edəndə su ilə bağlı əmrimə zidd gedib+ onların yanında Mənim müqəddəsliyimi uca tutmadınız. Sin səhrasında yerləşən Qədisdəki+ Məriba suyundan+ danışıram». 15  Musa Yehovaya dedi: 16  «Qoy bütün bəşərə həyat verən Yehova Allah icmaya bir başçı təyin etsin ki, 17  bütün işlərində onlara yol göstərəcək bir adam olsun və Yehovanın xalqı çobansız sürüyə oxşamasın». 18  Yehova Musaya dedi: «Əlini xüsusi bir ruha sahib olan Nun oğlu Yuşənin başına qoy.+ 19  Sonra onu kahin Əlyazarın və bütün icmanın qarşısına gətir, onların gözü qarşısında onu rəhbər təyin et.+ 20  Səndə olan səlahiyyətdən Yuşəyə ver,+ qoy bütün İsrail icması ona tabe olsun.+ 21  O, kahin Əlyazarın qarşısında duracaq və Əlyazar onun üçün Urim vasitəsilə Yehovanın hökmünü öyrənəcək.+ Hamı — o da, bütün İsrail icması da hər addımını onun əmrilə* atacaq». 22  Musa Yehovanın əmrini olduğu kimi yerinə yetirdi. O, Yuşəni kahin Əlyazarın və bütün icmanın qarşısına gətirdi, 23  əllərini onun başına qoyub onu rəhbər təyin etdi.+ Yehova necə demişdisə, Musa elə də etdi.+

Haşiyələr

İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.
Yaxud Allahın əmrilə. Allah əmrlərini ya Yuşə, ya da Əlyazar vasitəsilə verəcəkdi.