Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 26:1—65

MÜNDƏRİCAT

  • İsrail qəbilələri ikinci dəfə siyahıya alınır (1—65)

26  Qırğın dayanandan sonra+ Yehova Musaya və kahin Harunun oğlu Əlyazara dedi:  «Bütün İsrail icmasından yaşı iyirmi və iyirmidən yuxarı olub İsraildə orduda xidmət etməyə yararlı hər kəsi nəsillərinə görə siyahıya alın».+  Beləliklə, Musa ilə kahin Əlyazar+ İordan çayının yanında, Əriha+ ilə üzbəüz olan Muab çöllüyündə+ israillilərlə danışıb dedi:  «Yaşı iyirmi və iyirmidən yuxarı olanları siyahıya alın. Yehova Musaya belə buyurub».+ Misirdən çıxan İsrail oğulları bunlar idi:  İsrailin ilki Rubən.+ Rubənin oğulları:+ Hənuqdan törəyən hənuqlular, Fəlludan törəyən fəllulular,  Həsrundan törəyən həsrunlular, Qarmidən törəyən qarmililər.  Bunlar rubənlilərin ailələri idi. Onlardan 43 730 nəfər siyahıya alındı.+  Fəllunun oğlu Əlyab idi.  Əlyabın oğulları: Nəmuil, Datan və Abiram. Bunlar həmin Datanla Abiram idi ki, icmanın başbilənləri sayılırdılar. Onlar Qarunun adamları ilə birlikdə+ Musa ilə Haruna qarşı çıxaraq+ Yehovaya üsyan qaldırmışdılar.+ 10  Onda yer aralanıb onları udmuşdu. Qarun isə alovun külə döndərdiyi iki yüz əlli nəfərin içində ölmüşdü.+ Onların başına gələn bu əhvalat başqaları üçün ibrət oldu.+ 11  Lakin Qarunun oğullarına heç nə olmamışdı.+ 12  Şəmunun ailələrinə görə oğulları bunlardır:+ Nəmuildən* törəyən nəmuillilər, Yəmindən törəyən yəminlilər, Yakindən törəyən yakinlilər, 13  Zarahdan* törəyən zarahlılar, Şauldan törəyən şaullular. 14  Bunlar şəmunluların ailələri idi, 22 200 nəfər.+ 15  Ailələrinə görə Cadın oğulları bunlar idi:+ Səfyundan* törəyən səfyunlular; Həqqidən törəyən həqqililər; Şunidən törəyən şunililər; 16  Üznidən* törəyən üznililər; Eyridən törəyən eyrililər; 17  Aruddan törəyən arudlular; Ərilidən törəyən ərilililər. 18  Bunlar Cad oğullarının ailələri idi. Onlardan 40 500 nəfər siyahıya alındı.+ 19  Yəhudanın oğulları+ Əir və Onan idi.+ Lakin Əirlə Onan Kənan diyarında ölmüşdülər.+ 20  Ailələrinə görə Yəhudanın oğulları bunlar idi: Salehdən+ törəyən salehlilər; Farəsdən+ törəyən farəslilər; Zarahdan+ törəyən zarahlılar. 21  Farəsin oğulları bunlar idi: Həsrundan+ törəyən həsrunlular; Həmüldən+ törəyən həmüllülər. 22  Bunlar Yəhuda ailələri idi. Onlardan 76 500 nəfər siyahıya alındı.+ 23  Ailələrinə görə Yəsakirin+ oğulları bunlar idi: Tohladan+ törəyən tohlalılar; Fuvadan törəyən funlular; 24  Yəşubdan* törəyən yəşublular; Şimrundan törəyən şimrunlular. 25  Bunlar Yəsakir ailələri idi. Onlardan 64 300 nəfər siyahıya alındı.+ 26  Ailələrinə görə Zəbulunun+ oğulları bunlar idi: Səraddan törəyən səradlılar; İlundan törəyən ilunlular; Yəhlaildən törəyən yəhlaillilər. 27  Bunlar Zəbulunun ailələri idi. Onlardan 60 500 nəfər siyahıya alındı.+ 28  Ailələrinə görə Yusifin+ oğulları Mənəssə və Əfraim idi.+ 29  Mənəssənin+ oğulları bunlar idi: Mahirdən+ törəyən mahirlilər. Mahirin Gilad+ adlı oğlundan törəyən giladlılar. 30  Giladın oğulları bunlar idi: Yəzərdən törəyən yəzərlilər; Hələkdən törəyən hələklilər; 31  Əsriildən törəyən əsriillilər; Sihamdan törəyən sihamlılar; 32  Şəmiddən törəyən şəmidlilər; Həfərdən törəyən həfərlilər. 33  Həfərin oğlu Səlövhədin oğlu olmamışdı, ancaq qızları var idi.+ Səlövhədin qızlarının adı+ Məhla, Nuhə, Həclə, Milqə və Tirzə idi. 34  Bunlar Mənəssənin ailələri idi. Onlardan 52 700 nəfər siyahıya alındı.+ 35  Ailələrinə görə Əfraimin+ oğulları bunlar idi: Şütəlahdan+ törəyən şütəlahlılar; Bəkirdən törəyən bəkirlilər; Təhandan törəyən təhanlılar. 36  Şütəlahın oğulları bunlar idi: Ərandan törəyən əranlılar. 37  Bunlar Əfraimin ailələri idi. Onlardan 32 500 nəfər siyahıya alındı.+ Bu, ailələrinə görə Yusifin oğulları idi. 38  Ailələrinə görə Binyaminin oğulları+ bunlar idi: Bələhdən+ törəyən bələhlilər; Əşbildən törəyən əşbillilər; Əxiramdan* törəyən əxiramlılar; 39  Şufamdan* törəyən şuffimlilər; Hufamdan* törəyən hufamlılar. 40  Bələhin oğulları bunlar idi: Ard və Neman;+ Arddan törəyən ardlılar; Nemandan törəyən nemanlılar. 41  Bunlar Binyaminin ailələri idi. Onlardan 45 600 nəfər siyahıya alındı.+ 42  Ailələrinə görə Danın+ oğulları bunlar idi: Şuhamdan* törəyən şuhamlılar. Bunlar Danın ailələri idi. 43  Şuhamlılardan siyahıya alınanların ümumi sayı 64 400 nəfər idi.+ 44  Ailələrinə görə Aşirin oğulları bunlar idi:+ İmnahdan törəyən imnahlılar; Yişvidən törəyən yişvililər; Bəryadan törəyən bəryalılar. 45  Bəryanın oğulları Habirdən törəyən habirlilər; Məlkiildən törəyən məlkiillilər. 46  Aşirin qızının adı Səra idi. 47  Bunlar Aşirin ailələri idi. Onlardan 53 400 nəfər siyahıya alındı.+ 48  Ailələrinə görə Niftalının oğulları bunlar idi:+ Yəsaildən törəyən yəsaillilər; Qunidən törəyən qunililər; 49  Yasirdən törəyən yasirlilər; Şəlimdən törəyən şəlimlilər. 50  Bunlar Niftalının ailələri idi. Onlardan 45 400 nəfər siyahıya alındı.+ 51  Siyahıya alınan israillilərin ümumi sayı 601 730 nəfər idi.+ 52  Bundan sonra Yehova Musaya dedi: 53  «Torpaq siyahıya alınanların arasında bölünüb onlara mülk olaraq verilməlidir.+ 54  Sayı çox olanların torpaq payı böyük, sayı az olanlarınkı kiçik olmalıdır.+ Hər qəbiləyə həmin qəbilədə siyahıya alınanların sayına görə torpaq payı verilməlidir. 55  Ancaq torpaq püşklə bölünməlidir.+ Hər ailəyə aid olduğu qəbilənin torpaq payından yer verilməlidir. 56  Torpaq payı püşklə müəyyən olunub sayı çox və az olanlar arasında bölünməlidir». 57  Lavi oğullarından ailələrinə görə siyahıya alınanlar bunlar idi:+ Hirsəndən törəyən hirsənlilər; Kəhatdan+ törəyən kəhatlılar; Merardan törəyən merarlılar. 58  Lavinin ailələri bunlar idi: libnililər,+ həbrunlular,+ məhlililər,+ muşililər+ və qarunlular.+ Kəhat İmranın atası idi.+ 59  İmranın arvadı Lavinin Misirdə doğulan qızı Yuhabid idi.+ O, İmrana Harunu, Musanı və onların bacısı Məryəmi doğmuşdu.+ 60  Harunun Nadab, Abihu, Əlyazar və İsamar adında oğlanları olmuşdu.+ 61  Amma Nadabla Abihu Yehovanın önündə yasaq od təqdim etdikləri üçün ölmüşdülər.+ 62  Onlardan kişi cinsindən olub bir aylıq və ondan yuxarı yaşda olanların hamısı siyahıya alındı. Siyahıya alınanların sayı 23 000 nəfər idi.+ Onlar digər israillilərlə bir yerdə siyahıya alınmamışdılar,+ çünki israillilər arasında onlara torpaq payı verilməmişdi.+ 63  Musa və kahin Əlyazar İordan çayının yanında, Əriha ilə üzbəüz olan Muab çöllüyündə israilliləri siyahıya alanda siyahıya düşənlər bunlar idi. 64  Musa ilə kahin Harunun Sina səhrasında qeydə aldığı adamlardan heç birinin adı bu siyahıya düşmədi,+ 65  çünki Yehova demişdi ki, onlar səhrada öləcəklər.+ Onlardan Yufənna oğlu Kalibdən və Nun oğlu Yuşədən başqa kimsə sağ qalmamışdı.+

Haşiyələr

Yr 46:10 və Çx 6:15 ayələrində Yəmuil.
Yr 46:10 və Çx 6:15 ayələrində Zohar.
Yr 46:16 ayəsində Sifyun.
Yr 46:16 ayəsində Əzbun.
Yr 46:13 ayəsində Yub.
Yr 46:21 ayəsində Əhi.
Yr 46:21 ayəsində Muffim; 1Sm 7:12 ayəsində Şuffim.
Yr 46:21 ayəsində Huffim.
Yr 46:23 ayəsində Huşim.