Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 25:1—18

MÜNDƏRİCAT

  • İsraillilər Muab qadınları ilə zina edir (1—5)

  • Fənhas ölçü götürür (6—18)

25  İsrail Şittimdə+ yaşayanda xalq Muab qızları ilə zina etməyə başladı.+  O qadınlar öz allahları üçün qurban gətirəndə israilliləri də çağırırdılar.+ Onlar da qurbandan yeyir və onların allahlarına səcdə qılırdılar.+  Beləcə, İsrail Faur Baalına sitayiş etməyə başladı.+ Yehovanın İsrailə qəzəbi tutdu.  Yehova Musaya dedi: «Xalqın bütün rəhbərlərini topla və günün günorta çağı Yehovanın önündə onları as ki, Yehovanın İsrailə kükrəyən qəzəbi soyusun».  Onda Musa İsrail hakimlərinə dedi:+ «Hər kəs öz adamlarından Faur Baalına sitayiş edənləri öldürsün».+  Elə bu dəmdə, camaatın Hüzur çadırının qarşısında ağlaşdığı bir vaxtda, bir nəfər israilli Musanın və bütün İsrail icmasının gözü qarşısında qardaşlarının arasına mədyəni bir qadın gətirdi.+  Kahin Harunun nəvəsi, Əlyazarın oğlu Fənhas+ bunu görcək camaatın içindən qalxıb əlinə bir nizə aldı.  İsrailli kişinin arxasınca çadıra girib nizə ilə həm israillini, həm də qadını öldürdü. O, nizəni qadının qasığına saplamışdı. Elə bununla da israillilərin arasına düşən bəla dayandı.+  Bəladan iyirmi dörd min nəfər ölmüşdü.+ 10  Yehova Musaya dedi: 11  «Kahin Harunun nəvəsi, Əlyazarın oğlu Fənhas+ Mənim israillilərə kükrəyən qəzəbimi sakitləşdirdi, çünki o, Mənə şərik qoşulmasını götürə bilmədi.+ Odur ki, Mən, tam sədaqət tələb edən Allah onları məhv etmədim.+ 12  Buna görə də ona de ki, ondan razı olduğum üçün onunla əhd bağlayıram. 13  Bu əhdə görə kahinlik həmişəlik olaraq onun və nəslinin olacaq,+ çünki Allaha şərik qoşulmasını götürmədi+ və İsrail xalqı üçün kəffarə verdi». 14  Mədyəni ilə bir yerdə öldürülən israilli kişinin adı Şəlum oğlu Zümri idi. O, şəmunluların nəsil başçısı idi. 15  Öldürülən mədyəni qızın adı Qəzbi idi. Onun atası Sur+ Mədyən qəbilələrindən birinin nəsil başçısı idi.+ 16  Bu əhvalatdan sonra Yehova Musaya dedi: 17  «Mədyənilərə aman verməyin, onları qırın,+ 18  çünki onlar sizə aman vermədilər, Faurda hiylə ilə sizi günaha batırdılar.+ Faur məsələsi ilə bağlı bəla gələn gün öldürülən bacıları, Mədyən başçısının qızı Qəzbinin vasitəsilə sizi günaha sürüklədilər».+

Haşiyələr