Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 24:1—25

MÜNDƏRİCAT

  • Bələmin söylədiyi üçüncü qoşma (1—11)

  • Bələmin söylədiyi dördüncü qoşma (12—25)

24  Bələm görəndə ki, Yehovanın niyyəti İsrailə xeyir-dua verməkdir, daha onun süqutuna əlamət axtarmağa getmədi,+ üzünü səhraya tərəf çevirdi.  Başını qaldırıb qəbilə-qəbilə düşərgə salan İsraili görəndə+ Allahın ruhu onun üzərinə endi.+  Onda Bələm bu qoşmanı söylədi:+ «Baur oğlu Bələmin, Gözləri açılmış adamın sözü,   Allahın sözünü eşidən, Qadiri-Mütləqdən vəhy almış, Gözləri açıq təzim etmiş kəsin dilinə gələnlər:+   Çadırların nə gözəldir, ey Yaqub, Alaçıqların füsunkardır, ey İsrail!+   Vadilər kimi, çay kənarındakı bağlar kimi, Göz işlədikcə uzanıb gedir.+ Yehovanın əkdiyi əzvaytək, Su kənarındakı sidr ağaclarıtək yayılıb.   Çəlləklərindən su axıb tökülür, Toxumları bol sulu yerdə əkilir.+ Padşahı+ Aqaqdan qüdrətli olacaq,+ Padşahlığı ucalacaq.+   Allah onu Misirdən çıxarıb gətirir; O, onlar üçün çöl öküzünün buynuzları kimidir. Başqa xalqları, ona zülm edənləri diri-diri udacaq,+ Sümüklərini gəmirəcək, onları oxla dəlik-deşik edəcək.   Şir kimi marığa yatıb, pusquda durur, Bu aslanı qaldırmağa kim cürət edər? Sənə alqış oxuyanlar alqış yiyəsidir, Lənət edənlər isə lənətlidir».+ 10  Bunu eşidən Balaq Bələmə qəzəbləndi və kinlə əlini əlinə vurub dedi: «Səni bura çağırmışdım ki, düşmənlərimi lənətləyəsən.+ Sən isə üç dəfədir ki, xeyir-dua verməkdən başqa bir şey etmirsən. 11  Çıx get, qayıt haradan gəlmisən ora. Məramım sənə hörmət göstərmək idi,+ amma Yehova səni bu şərəfdən məhrum etdi». 12  Cavabında Bələm Balaqa dedi: «Axı mən sənin elçilərinə demişdim: 13  “Balaq mənə evi dolusu qızıl-gümüş də versə, mən özbaşına, Yehovanın rizası olmadan nə yaxşı, nə də pis bir şey edə bilmərəm. Yehova mənə nə desə, onu da söyləyəcəyəm”.+ 14  Mən öz elimə-obama qayıdıram. Ancaq getməmişdən qoy sənə deyim bu xalq gələcəkdə sənin xalqının başına nələr gətirəcək». 15  Beləcə, Bələm bu qoşmanı söylədi:+ «Baur oğlu Bələmin, Gözləri açılmış adamın sözü,+ 16  Allahın sözünü eşidən kəsin, Haqq-Taaladan* gələn biliyə sahib insanın, Gözləri açıq təzim edərkən Qadiri-Mütləqdən vəhy alanın dilinə gələnlər: 17  Onu görəcəyəm, amma indi yox; Gözlərim onu görəcək, amma tezliklə yox. Yaqubdan bir ulduz çıxacaq,+ İsraildən bir hökmdar əsası+ ucalacaq.+ O, Muabın alnını ikiyə böləcək,+ Qan-qan deyən oğulların kəlləsini yaracaq. 18  İsrail mərdliyini göstərən vaxt Ədum onun mülkü olacaq,+ Sair+ öz düşmənlərinə qismət olacaq.+ 19  Yaqubdan bir fateh çıxacaq,+ Şəhərdə sağ qalanların hamısını qıracaq». 20  Bələm Əmaliki görəndə qoşmanın ardını dedi: «Əmalik bütün xalqların içində birinci idi,+ Axırı isə fəlakətdir».+ 21  Qəniləri+ görəndə qoşmanın ardını belə gətirdi: «Məskənin möhkəmdir, yuvan qayada qurulub. 22  Lakin Qainin* külünü göyə sovuran biri çıxacaq. Aşşurun səni əsir aparmasına, görəsən, nə qədər qalıb?» 23  Sonra qoşmaya bu sözlərlə yekun vurdu: «Vay aman! Allah bunları edən gün, görəsən, kimsə sağ qalacaq? 24  Kittim sahillərindən gəmilər gələcək,+ Aşşuru istila edəcək,+ Abiri ram edəcək. Ancaq o da köklü-köməcli yox olacaq». 25  Bundan sonra Bələm+ qalxıb yurduna qayıtdı. Balaq da öz yolu ilə getdi.

Haşiyələr

Fövqəluca.
Yəni Qəni qəbiləsinin.