Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 23:1—30

MÜNDƏRİCAT

  • Bələmin söylədiyi birinci qoşma (1—12)

  • Bələmin söylədiyi ikinci qoşma (13—30)

23  Bələm Balaqa dedi: «Mənim üçün bu yerdə yeddi qurbangah düzəlt+ və yeddi buğa ilə yeddi qoç hazırla».  Balaq cəld Bələmin tapşırığını yerinə yetirdi. Sonra Balaqla Bələm hər qurbangahda bir buğa və bir qoç qurban gətirdi.+  Bələm Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən isə gedirəm. Görüm, bəlkə, Yehova mənə göründü. Mənə nə desə, gəlib sənə söyləyəcəyəm». Beləliklə, o, çılpaq bir təpəyə qalxdı.  Allah Bələmə görünəndə+ Bələm Ona dedi: «Cərgə ilə yeddi qurbangah düzəldib hər birinin üstündə bir buğa və bir qoç qurban gətirmişəm».  Yehova Bələmin dilinə söyləməli olduğu sözləri qoyub dedi:+ «Balaqın yanına qayıt, ona bu sözləri de».  O qayıdıb gördü ki, Balaq və bütün Muab ağsaqqalları yandırma qurbanının yanında durublar.  Onda o, belə bir qoşma söylədi:+ «Muab padşahı Balaq məni Aramdan,+ Şərq dağlarından gətizdirdi: “Durma gəl, Yaquba nifrin yağdır. Haydı, gəl İsrailə qarğış elə”.+   Allahın lənətləmədiyinə necə nifrin yağdırım? Yehovanın məhkum etmədiyinə necə qarğış eləyim?+   Qayalar başından onları görürəm, Təpələrdən onlara baxıram. Ellərə qarışmayan,+ Təkbaşına yaşayan xalq.+ 10  Yaqub qum dənələri qədər çoxdur,+ onu kim saya bilər? Heç olmasa, dörddə birini. Qoy saleh bəndə kimi ölüm, Axırım onlarınkı kimi olsun». 11  Bunu eşidən Balaq Bələmə dedi: «Bu nə işdir başıma açırsan? Səni gətirmişəm, düşmənlərimi lənətləyəsən, sən isə o ki var xeyir-dua verirsən».+ 12  Bələm cavab verdi: «Məgər mən Yehovanın dilimə qoyduğu sözləri deməli deyiləm?»+ 13  Balaq isə dedi: «Yaxşı, gəl səni başqa yerə aparım. Oradan onların hamısını yox, yalnız bir qismini görəcəksən. O yerdən onları lənətlə».+ 14  Beləcə, Balaq onu Fizqənin təpəsində+ olan Sufim yaylasına gətirdi, yeddi qurbangah düzəldib hər birinin üstündə bir buğa və bir qoç qurban gətirdi.+ 15  Bələm Balaqa dedi: «Sən burada yandırma qurbanının yanında qal, mən gedim Onunla danışım». 16  Yehova Bələmlə danışdı, söyləməli olduğu sözləri dilinə qoyub dedi:+ «Balaqın yanına qayıt, ona bu sözləri de». 17  Bələm Balaqın yanına qayıdıb gördü ki, o, Muab ağsaqqalları ilə birlikdə yandırma qurbanının yanında durub gözləyir. Balaq Bələmdən soruşdu: «Yehova nə dedi?» 18  O isə bu qoşmanı söylədi:+ «Qalx, ey Balaq, dinlə. Eşit sözlərimi, ey Səfur oğlu. 19  Allah insan deyil ki, yalan danışsın,+ Bəni-adəm deyil ki, fikrini dəyişsin*.+ Dediyini etməzmi? Ağzından çıxan sözü yerinə yetirməzmi?+ 20  Mən xeyir-dua verməkçün gətirilmişəm, Xeyir-duanı O verib,+ mən nəkarəyəm bunu dəyişim.+ 21  O qoymaz ki, Yaquba ovsun oxunsun, İsrailə bəla üz versin. Allahı Yehova onunladır,+ O, aralarında ucadan alqışlanan Padşahdır. 22  Allah onları Misirdən çıxardı.+ O, onlar üçün çöl öküzünün buynuzları kimidir.+ 23  Yaqubun süqutuna əlamət yoxdur,+ İsrailin pisliyinə fal açılmayıb.+ İndi Yaqubla İsrail barəsində deyəcəklər: “Gör bir Allah nələr edir!” 24  Bu xalq şir kimi qalxır, Aslan kimi pəncəsi üstdə durur.+ Öz şikarını yeməyincə, Öldürülənlərin qanını içməyincə rahatlaşan deyil». 25  Bunu eşidən Balaq Bələmə dedi: «Əgər onları lənətləyə bilmirsənsə, heç olmasa xeyir-dua da vermə». 26  Bələm Balaqa dedi: «Mən sənə deməmişdim, Yehova nə desə, onu da edəcəyəm?»+ 27  Onda Balaq Bələmdən xahiş etdi: «Gəl səni başqa yerə aparım. Bəlkə, oradan xalqa lənət oxumağın Allaha məqbul oldu».+ 28  Balaq bunu deyib Bələmi üzü Yeşimona*+ baxan Faurun başına apardı. 29  Bələm Balaqa dedi: «Mənim üçün bu yerdə yeddi qurbangah düzəlt və yeddi buğa ilə yeddi qoç hazırla».+ 30  Balaq Bələmin tapşırığını yerinə yetirdi və hər qurbangahda bir buğa və bir qoç qurban gətirdi.

Haşiyələr

Yaxud peşmançılıq çəksin.
Digər variant: səhraya, çöl-biyabana.