Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Saylar 2:1—34

MÜNDƏRİCAT

  • Düşərgə üçqəbiləli bölümlərdən ibarətdir (1—34)

    • Yəhuda bölüyü şərqdə düşərgə salır (3—9)

    • Rubən bölüyü cənubda düşərgə salır (10—16)

    • Lavililər düşərgənin ortasında (17)

    • Əfraim bölüyü qərbdə düşərgə salır (18—24)

    • Dan bölüyü şimalda düşərgə salır (25—31)

    • Siyahıya alınan kişilərin ümumi sayı (32—34)

2  Yehova Musa ilə Haruna dedi:  «İsraillilərdən hər kəs alaçığını öz üçqəbiləli bölümündə,+ nəslinin bayrağının yanında qursun. Alaçıqlar Hüzur çadırının ətrafında, üzü çadıra tərəf qurulmalıdır.  Üç qəbilə bölüklər halında şərqdə, gündoğan tərəfdə düşərgə salsın. Onların içində Yəhudanın düşərgəsi baş düşərgə olacaq. Yəhuda oğullarının başçısı Əminədab oğlu Nəhsundur+.  Onun ordusunda siyahıya alınanların sayı 74 600 nəfərdir.+  Onun yanında Yəsakir qəbiləsi düşərgə salsın. Yəsakir oğullarının başçısı Suar oğlu Nəsnaildir+.  Onun ordusunda siyahıya alınanların sayı 54 400 nəfərdir.+  Sonra Zəbulun qəbiləsi düşərgə salsın. Zəbulun oğullarının başçısı Hilun oğlu Əlyabdır+.  Onun ordusunda siyahıya alınanların sayı 57 400 nəfərdir.+  Yəhuda düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 186 400 nəfərdir. Köçmək vaxtı gələndə birinci onlar düşərgələrini yığmalıdırlar.+ 10  Üç qəbilə bölüklər halında cənubda düşərgə salsın. Onların içində Rubənin+ düşərgəsi baş düşərgə olacaq. Rubən oğullarının başçısı Şəduir oğlu Əlisurdur+. 11  Onun ordusunda siyahıya alınanların sayı 46 500 nəfərdir.+ 12  Onun yanında Şəmun qəbiləsi düşərgə salsın. Şəmun oğullarının başçısı Surişədday oğlu Şəlumuildir+. 13  Onun ordusunda siyahıya alınanların sayı 59 300 nəfərdir.+ 14  Sonra Cad qəbiləsi düşərgə salsın. Cad oğullarının başçısı Ruil oğlu Əlyasəfdir+. 15  Onun ordusunda siyahıya alınanların sayı 45 650 nəfərdir.+ 16  Rubən düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 151 450 nəfərdir. Köçmək vaxtı gələndə ikinci onlar düşərgələrini yığmalıdırlar.+ 17  Hüzur çadırı daşınanda+ lavililərin düşərgəsi düşərgələrin ortasında olmalıdır. Düşərgə hansı qaydada salınıbsa, yol gedəndə də eyni qayda gözlənilməlidir,+ hərə öz yerində, öz üçqəbiləli bölümündə getməlidir. 18  Üç qəbilə bölüklər halında qərbdə düşərgə salsın. Onların içində Əfraimin düşərgəsi baş düşərgə olacaq. Əfraim oğullarının başçısı Amihud oğlu Əlşamadır+. 19  Onun ordusunda siyahıya alınanların sayı 40 500 nəfərdir.+ 20  Onun yanında Mənəssə qəbiləsi düşərgə salsın.+ Mənəssə oğullarının başçısı Fədhəsur oğlu Qəmlaildir+. 21  Onun ordusunda siyahıya alınanların sayı 32 200 nəfərdir.+ 22  Sonra Binyamin qəbiləsi düşərgə salsın. Binyamin oğullarının başçısı Gidoni oğlu Abidandır+. 23  Onun ordusunda siyahıya alınanların sayı 35 400 nəfərdir.+ 24  Əfraim düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 108 100 nəfərdir. Köçmək vaxtı gələndə üçüncü onlar düşərgələrini yığmalıdırlar.+ 25  Üç qəbilə bölüklər halında şimalda düşərgə salsın. Onların içində Danın düşərgəsi baş düşərgə olacaq. Dan oğullarının başçısı Amişədday oğlu Əxyəzərdir+. 26  Onun ordusunda siyahıya alınanların sayı 62 700 nəfərdir.+ 27  Onun yanında Aşir qəbiləsi düşərgə salsın. Aşir oğullarının başçısı Öhrən oğlu Fəqaildir+. 28  Onun ordusunda siyahıya alınanların sayı 41 500 nəfərdir.+ 29  Sonra Niftalı qəbiləsi düşərgə salsın. Niftalı oğullarının başçısı Ehnan oğlu Əxiradır+. 30  Onun ordusunda siyahıya alınanların sayı 53 400 nəfərdir.+ 31  Dan düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 157 600 nəfərdir. Köçmək vaxtı gələndə onlar İsrailin üçqəbiləli bölümləri arasında axırıncı yığışmalıdırlar».+ 32  Bunlar nəsillərinə görə siyahıya alınan israillilər idi. Düşərgələrdə ordu üçün siyahıya alınanların ümumi sayı 603 550 nəfər idi.+ 33  Lavililər isə Yehovanın Musaya əmr etdiyi kimi, digər israillilərlə birlikdə siyahıya alınmadılar.+ 34  İsraillilər Yehovanın Musaya əmr etdiyi hər şeyə əməl etdilər. Ailələrinə, nəsillərinə görə üçqəbiləli bölümlərdə+ bu cür düşərgə salır və bu nizamla da yola düşürdülər.+

Haşiyələr